Avtolüks Azərbaycan MMC
Ana səhifə
/
/
/
Özəlliklər və sifariş planlama üzrə mütəxəssis

Özəlliklər və sifariş planlama üzrə mütəxəssis

14-10-2024

1.4K

Bağlanılıb

Təsvir

  •   Sifariş olunan bütün avtomobillər üzrə standartlardan əlavə sorğu edilmiş opsiyalar ilə bağlı qiymətin formalaşdırılmasını təmin etmək;
  •     Avtomobillərin Sifariş planına uyğun olaraq aylıq sifarişini həyata keçirmək və avtomobil barədə bütün zəruri məlumatları İstehsalçının Sifariş proqramına(Vista) daxil etmək;
  •     Müştərinin sifariş etmək istədiyi avtomobil üzrə istəklərini nəzərə alaraq nəqliyyat vasitəsinin satış qiymətinin hesablanmasını təmin etmək;
  •   Bazarın və Cəmiyyətin satış şöbəsi tərəfindən satılacaq avtomobillərə ehtiyaclarını müəyyən edərək istehsalçıdan müvafiq nəqliyyat vasitələrinin sifarişini həyata keçirmək;   Satışın artırılması məqsədilə Satış şöbəsini aidiyyəti məlumatlarla təmin etmək. Buraya sifariş sistemində dəyişilən, əlavə edilən və ya istehsalçılar tərəfindən göndərilən tələblər və məlumatlar da daxildir;
  •  Sifarişi həyata keçirtmək üçün elektron məktub, telefon, internet vasitəsilə istehsalçılar ilə əlaqə yaratmaq  Sifariş verilən avtomobillərə aid sənədləri əldə etmək, avtomobilin spesifikasiyalarını, invoys dəyərini və zəruri məlumatları yoxlayaraq satış qiymətini hazırlamaq və aidiyyəti satış şöbələrinə təqdim etmək;
  •   Aylıq sifarişləri və Satış şöbəsi tərəfindən göndərilən sifarişləri istehsalçıların və Cəmiyyətin müvafiq proqram təminatına daxil edilməsini təmin etmək;
  • Cəmiyyətin təmsil etdiyi brendlərin tələblərə uyğunluğunu yoxlamaq, təsdiq edilmiş Prosedurlara uyğun audit işini təşkil etmək və nəticələr barədə istehsalçılara mütəmadi olaraq məlumat vermək.
  • İstehsalçı və şirkət tərəfindən müəyyən edilən təlimlərdə iştirak etmək

Tələblər

  •    3 il müvafiq sahədə iş təcrübəsi;
  •    Ali təhsil;
  •   Əla səviyyədə İngilis dili biliyi;
  •  1 C və MS office proqramlarında işləmə bacarığı (Excel yüksək səviyyədə bilənlərə üstünlük veriləcəkdir).

Vakansiya haqqında

Son tarix

oktyabr 30, 2024

Paylaşılıb

oktyabr 14, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • ödənişli məzuniyyət
  • Tibbi Sığorta (işçini əhatə edən)