A

B2B Purcashing Specialist

Bu gün

87

Təsvir

  • Potensial yerli və xarici təchizat bazarının sistemli şəkildə araşdırılması və yeni təchizatçıların müəyyənləşdirilməsi;
  • Tələb olunan mallar və xidmətlər üçün uyğun təchizatçılardan kommersiya təkliflərinin əldə edilməsi və danışıqların aparılması;
  • Alınan təkliflərin qiymət, keyfiyyət, təhvil müddəti, texniki tələblərə uyğunluq və digər kommersiya şərtləri baxımından dərin müqayisəli təhlilinin aparılması;
  • Satınalma sifarişlərinin hazırlanması, təsdiq proseslərinin idarə olunması və ERP sistemində (və ya daxili platformada) qeydiyyatının aparılması;
  • Sifarişlərin icra vəziyyətinə nəzarət, gecikmələrin və uyğunsuzluqların qarşısının alınması üçün proaktiv tədbirlərin görülməsi;
  • Təchizatçılarla davamlı əməkdaşlıq əlaqələrinin idarə edilməsi, performans göstəricilərinin (qiymət sabitliyi, çatdırılma dəqiqliyi, keyfiyyət) monitorinqi və qiymətləndirilməsi;
  • Satınalma prosesinə dair sənədləşmənin (müqavilələr, hesab-fakturalar, təhvil-təslim aktları və s.) düzgün və tam şəkildə aparılmasına nəzarət;
  • Şirkətin satınalma strategiyasına uyğun olaraq xərclərin optimallaşdırılması və təchizat zəncirinin effektivliyinin artırılması üzrə təkliflərin hazırlanması.

Tələblər

  • Təhsil: Ali təhsil — Biznesin idarə edilməsi, İqtisadiyyat, Logistika və ya əlaqəli sahələr üzrə;
  • Dil bilikləri: Azərbaycan dili — səlis, İngilis dili — yaxşı səviyyədə (yazılı və şifahi ünsiyyət), Rus dili — arzuolunandır;
  • Kompüter bilikləri: MS Excel üzrə yüksək səviyyəli biliklər, MS Office proqramları və satınalma sistemləri (ERP, 1C və ya analoji platformalar) ilə işləmə bacarığı;
  • Yüksək səviyyədə kommunikasiya;
  • Analitik bacarıqlar, Excel, Power BI və digər hesabat/planlaşdırma alətlərində iş təcrübəsi;
  • Proaktivlik, məsuliyyətli.

Vakansiya haqqında

Son tarix

December 7, 2025

Paylaşılıb

oktyabr 28, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə