Sifarişçi tərəfindən göndərilən yük sənədlərinə baxış keçirilməsi və düzgünlüyünün təsdiq edilməsi və çatışmayan sənədlərin sifarişçidən alınması;
Sifarişçinin müraciətinə əsasən gömrük rüsumlarının və yığımlarının əvvəlcədən hesablanması və Sifarişçiyə gömrük rəsmiləşdirilməsinə dair məlumatların təqdim edilməsi;
Müqavilələrdə qeyd olunan məlumatlarla yük sənədlərində olan məlumatların uyğunluğunun yoxlanılması;
Mövcud qanunvericiliyə uyğun olaraq gömrük rüsumlarının və yığımlarının hesablanmasını həyata keçirilməsi;
Gömrük rəsmiləşdirilməsi üçün mövcud qanunvericilikdə nəzərdə tutulmuş icazə, rəy və sertifikatların alınması üçün səlahiyyətli şəxslərə məlumatların verilməsi;
Gömrük orqanlarına müraciət məktublarının hazırlanması və göndərilməsi;
Yük gömrük bəyannamələrinin elektron qaydada doldurulması və elektron imza ilə təsdiqlənməsi;
Yük gömrük bəyannamələrinin rəsmiləşdirilməsi haqqında gömrük brokerlərinə və müvəqqəti saxlanc anbarının əməkdaşlarına məlumatların verilməsi;
Müvəqqəti saxlanc və sərbəst dövriyyə bəyannamələrinin hazır olduqda müvafiq şöbələrə göndərilməsi;
Gömrük orqanlarından və şirkət daxilindən daxil olan sorğulara əsasən yük, bəyannamə və digər məlumatlarının toplanıb təqdim olunması;
Müvəqqəti saxlanc anbarının Dövlət Gömrük Komitəsinin reyesterində qeydiyyatdan keçirilməsi;
Birbaşa rəhbərin fərdi rəsmi tapşırıqlarını yerinə yetirir.
Tələblər
Gömrük Qanunvericiliyi: Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və aidiyyəti normativ hüquqi aktlar;
Elektron Sistemlər: Elektron gömrük xidmətləri portalı və bəyannamə proqramları ilə işləmə qaydaları;
Mal Kodları: XİF MN kodlarının təyin edilməsi prinsipləri;
Beynəlxalq Qaydalar: Beynəlxalq ticarət terminləri (Incoterms 2020) və ticarət müqavilələrinin əsasları;
Kompyuter bilikləri: Ofis proqramları (xüsusilə Excel) və ixtisaslaşmış gömrük proqramlarından sərbəst istifadə etmək;
Ünsiyyət: Gömrük əməkdaşları və şirkətin digər şöbələri ilə effektiv işləmək bacarığı.