A
Ana səhifə
/
/
/
İT Network Junior Specialist

İT Network Junior Specialist

Bu gün

24

Təsvir

  • Şəbəkə avadanlıqlarının (router, switch, firewall, access point) quraşdırılması, konfiqurasiyası və ilkin sazlanması;
  • Lokal şəbəkə (LAN), simsiz şəbəkə (WLAN) və bəzən WAN/VPN bağlantılarının monitorinqi və idarə edilməsi;
  • İstifadəçilərdən gələn şəbəkə problemlərini (internet bağlantısı, printerə çıxış, IP konfiqurasiyası və s.) diaqnostika edib həll etmək (Help Desk dəstəyi);
  • Şəbəkə performansını izləmək, yavaşlama və ya nasazlıqları vaxtında müəyyənləşdirmək və aradan qaldırmaq;
  • Passiv və aktiv şəbəkə avadanlıqlarının (kabellər, patch panel, PoE və s.) texniki vəziyyətini yoxlamaq və profilaktik baxış aparmaq;
  • VLAN, DHCP, DNS, TCP/IP kimi əsas şəbəkə parametrlərinin konfiqurasiyasında dəstək vermək;
  • Şəbəkə təhlükəsizliyi ilə bağlı ilkin tədbirlər (firewall qaydaları, istifadəçi girişləri) üzrə kömək etmək;
  • Şəbəkə diaqramlarının və konfiqurasiyaların sadə sənədləşdirilməsi;
  • Digər İT komanda üzvləri ilə birlikdə yeni avadanlıqların quraşdırılması və sistem inteqrasiyasında iştirak etmək.

Tələblər

  • İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi, Kompüter Elmləri, Şəbəkə Texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil (bakalavr);
  • Əsas şəbəkə protokollar: TCP/IP, DNS, DHCP, NAT, Subnetting;
  • Routing və Switching əsasları;
  • Router, Switch (Cisco, HP/HPE, Aruba və s.) konfiqurasiyası;
  • Firewall və Web Application Firewall konfiqurasiyası haqqında ilkin bilik;
  • Təhlükəsizlik sahəsində fundamental biliklər;
  • Simsiz şəbəkələr (Wi-Fi) və VPN əsasları;
  • Dil Bilikləri: Azərbaycan dilində sərbəst (yazılı və şifahi), İngilis dili texniki sənədləri oxumaq üçün orta səviyyədə (ən azı B1) çox arzuolunandır;
  • Problemi tez diaqnostika edib həll etmək bacarığı;
  • Komanda ilə işləmə və istifadəçilərlə ünsiyyət qurma qabiliyyəti;
  • Məsuliyyətlilik, diqqətlilik və öyrənməyə hazır olma;
  • Stressli vəziyyətlərdə operativ işləmək.

Vakansiya haqqında

Son tarix

May 8, 2026

Paylaşılıb

aprel 8, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Gənc mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik