Şəbəkə avadanlıqlarının (router, switch, firewall, access point) quraşdırılması, konfiqurasiyası və ilkin sazlanması;
Lokal şəbəkə (LAN), simsiz şəbəkə (WLAN) və bəzən WAN/VPN bağlantılarının monitorinqi və idarə edilməsi;
İstifadəçilərdən gələn şəbəkə problemlərini (internet bağlantısı, printerə çıxış, IP konfiqurasiyası və s.) diaqnostika edib həll etmək (Help Desk dəstəyi);
Şəbəkə performansını izləmək, yavaşlama və ya nasazlıqları vaxtında müəyyənləşdirmək və aradan qaldırmaq;
Passiv və aktiv şəbəkə avadanlıqlarının (kabellər, patch panel, PoE və s.) texniki vəziyyətini yoxlamaq və profilaktik baxış aparmaq;
VLAN, DHCP, DNS, TCP/IP kimi əsas şəbəkə parametrlərinin konfiqurasiyasında dəstək vermək;
Şəbəkə təhlükəsizliyi ilə bağlı ilkin tədbirlər (firewall qaydaları, istifadəçi girişləri) üzrə kömək etmək;
Şəbəkə diaqramlarının və konfiqurasiyaların sadə sənədləşdirilməsi;
Digər İT komanda üzvləri ilə birlikdə yeni avadanlıqların quraşdırılması və sistem inteqrasiyasında iştirak etmək.
Tələblər
İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi, Kompüter Elmləri, Şəbəkə Texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil (bakalavr);
Əsas şəbəkə protokollar: TCP/IP, DNS, DHCP, NAT, Subnetting;
Routing və Switching əsasları;
Router, Switch (Cisco, HP/HPE, Aruba və s.) konfiqurasiyası;
Firewall və Web Application Firewall konfiqurasiyası haqqında ilkin bilik;
Təhlükəsizlik sahəsində fundamental biliklər;
Simsiz şəbəkələr (Wi-Fi) və VPN əsasları;
Dil Bilikləri: Azərbaycan dilində sərbəst (yazılı və şifahi), İngilis dili texniki sənədləri oxumaq üçün orta səviyyədə (ən azı B1) çox arzuolunandır;
Problemi tez diaqnostika edib həll etmək bacarığı;
Komanda ilə işləmə və istifadəçilərlə ünsiyyət qurma qabiliyyəti;
Məsuliyyətlilik, diqqətlilik və öyrənməyə hazır olma;