A

Kiçik 1C proqramçısı

29-08-2024

719

Təsvir

Vəzifə öhdəlikləri:


1C üzrə məlumat bazasının idarə edilməsi:

 -       Məlumat bazasının idarə edilməsi (yenilənmə, rezerv nüsxə yaradılması, istifadəçi hesabı yaradılması və iş vaxtı verilən məsələləri həll etmək, hesabatlılıq və s.);

-       Təkmilləşdirmələrin və yenilənmələrin həyata keçirilməsi zamanı şirkətin arxitekturasının bütövlüyünün qorunmasına, və məlumat bazasının etibarlılığı və təhlükəsizlyinə nəzarət.


1C üzrə konfiqurasiyanı idarə etmək:

-       Yeni konfiqurasiyaları yaratmaq, konfiqurasiyanın tətbiq sahəsinin cari tələblərə və şirkətin hesabat siyasətinə uyğun olmasını təmin etmək;

-       1C sistemində yeni hesabat formalarını və sənədləri yaratmaq və dəyişdirmək;

-       Mühasibat, əməliyyat və idarəetmə (həmçinin anbar) uçotu üçün qeyri-standart həlləri təmin etmək.

 

1C üzrə proqramlaşdırmanı icra etmək:

-       1C sisteminin biznes proseslərə uyğunlaşdırılması üçün texniki tapşırıqların yaratmaq və həmin texniki tapşırıq əsasında biznes proseslərin avtomatlaşdırmaq, proqram kodlaşdırmalarını icra etmək;

-       Praktik istifadədə sistemin biznes proseslelərə və hesabatlığa uyğun olmasını təhlili etmək, və sistem düzgün işləmədikdə kodda dəyişikliklər etmək.

 

1C ilə inteqrasiyanı (API) icra etmək:

-       Üçüncü tərəf sistemləri ilə mübadilələrin həyata keçirilməsi.

Tələblər

  • 1C proqramçısı (konfiqurator) kimi ən azı 1 il iş təcrübəsi;
  • 1C platformalarının mexanizmləri üzrə təcrübə;
  • Mühasibat və idarəetmə uçotunun prinsipləri ilə tanışlıq;
  • Sistemlər arasında inteqrasiya (məlumat mübədiləsinin) təmin edilməsi ilə bağlı təcrübə;
  • «1С Специалист» sertifikatı (arzu olunandır);
  • Rus dili bacarığı (arzu olunandır);
  • Texniki və istifadəçi sənədlərinin yaradılması üzrə biliklər;
  • İşə sistemli yanaşma;
  • Ünsiyyət və təqdimat bacarığı;
  • Məsuliyyətli olmaq və iş qrafikinə riayət etmək.

Vakansiya haqqında

Son tarix

oktyabr 8, 2024

Paylaşılıb

avqust 29, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik