Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Məhsul sahibi (PO)

Bu gün

91

Təsvir

  • Agentliyə və aidiyyəti üzrə daxil olan müraciət və sorğuların təhlilində iştirak etmək, onları xidmət proseslərinin tələblərinə çevirmək və əsaslandırılmış cavabların hazırlanması üçün şöbə müdirinə təkliflər vermək;
  • Jira və digər sorğu sistemlərində müraciətlərin qeydiyyatını, yönləndirilməsini, prioritetləşdirilməsini təmin etmək, icra müddətlərinə nəzarət etmək və istifadəçilərə cavabların vaxtında çatdırılmasına dəstək göstərmək;
  • Layihələrin ideyadan tətbiqə qədər bütün mərhələlərinin planlaşdırılması, icrası və monitorinqində iştirak etmək, layihə qrafiklərinə, resurs bölgüsünə və büdcəyə nəzarət etmək;
  • Xidmət və biznes proseslərinin təhlilini aparmaq, optimallaşdırma imkanlarını müəyyənləşdirmək və müvafiq texniki tapşırıqlar (fəaliyyət tələbləri, sistem tələbləri, istifadəçi hekayələri və s.) hazırlamaq;
  • Proqram təminatlarının inkişaf strategiyaları və yol xəritələrinin formalaşdırılmasına dəstək göstərmək, istifadəçi ehtiyacları və istismar tələbləri əsasında prioritetləri müəyyənləşdirmək;
  • Çevik layihə idarəetmə metodologiyalarına (Agile/Scrum, Kanban) uyğun olaraq tapşırıqların və gözləmədə olan işlərin idarə edilməsində, komanda fəaliyyətlərinin koordinasiyasında iştirak etmək;
  • Maraqlı tərəflərlə mütəmadi görüşlər təşkil etmək, müzakirə nəticələrini sənədləşdirmək və qəbul edilmiş qərarların icrasına dəstək göstərmək;
  • Layihə və proses risklərini, potensial problemləri vaxtında müəyyənləşdirərək rəhbərliyə məlumat vermək və həll üzrə təkliflər hazırlamaq;
  • Keyfiyyət təminatı və test mərhələlərində iştirak etmək, qəbul meyarlarına uyğunluğu yoxlamaqda və istismara qəbul prosesində rəy vermək;
  • Hazırlanmış həllərin tətbiq planının icrasında iştirak etmək, tətbiq mərhələlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə texniki dəstək göstərmək;
  • İstifadəçi rəylərini toplamaq və təhlil etmək, proqram təminatlarının davamlı inkişafı və texniki dəstək xidmətlərinin keyfiyyətinin artırılması üçün təkliflər hazırlamaq;
  • Nasazlıqların ilkin təhlilində iştirak etmək, problemlərin operativ aradan qaldırılmasına və təkrar problemlərin qarşısının alınmasına dəstək göstərmək;
  • Rəqib analizləri və istismar araşdırmaları aparmaq, beynəlxalq təcrübəni öyrənmək və müvafiq tətbiqlər üzrə rəhbərliyə təkliflər təqdim etmək;
  • Layihə sənədlərinin və hesabatların hazırlanmasını, yenilənməsini və vaxtında təqdim olunmasını təmin etmək;
  • Birbaşa rəhbərin tapşırıqlarını vaxtında, dəqiq və məsuliyyətlə icra etmək.

Tələblər

  • Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Dil bilikləri : İngilis dili və rus dili biliyi üstünlükdür;
  • Kompüter bilikləri: inzibati səviyyədə Jira, Confluence və ya digər Agile mühit alətləri, MS Office, Visio, baza səviyyədə SQL bilikləri, Balsamiq və ya digər dizayn/qaralama alətləri;
  • Layihə idarəetmə metodologiyaları (Agile, Scrum, Kanban, Waterfall);
  • Xidmət proseslərinin analizi yanaşmaları və sənədləşdirmə (fəaliyyət tələblər sənədi, sistem tələblərinin spesifikasiyası, istifadəçi hekayələri, istifadəçi ssenariləri);
  • Proqram təminatlarının idarə olunması, yol xəritəsinin hazırlanması və istismara çıxarılması prinsipləri;
  • Risklərin idarə olunması, keyfiyyət təminatı və test prinsipləri;
  • İstismar araşdırmaları, rəqib analizləri və istifadəçi təcrübəsinin qiymətləndirilməsi;
  • İT layihələrində informasiya təhlükəsizliyi və hüquqi-normativ uyğunluq prinsipləri;
  • Analitik düşüncə, planlama, çoxsaylı tapşırıqla paralel işləmə və təşkilatçılıq qabiliyyəti;
  • Effektik ünsiyyət, təqdimat, komanda  və digər maraqlı tərəflərlə effektiv çalışma bacarığı;
  • Çeviklik, adaptivlik və  yaradıcı yanaşma;
  • Detallara həssas olmaq və problem həll etmə bacarığı;
  • SQL və data analiz bacarıqları, BI hesabatların hazırlanması;
  • UI/UX dizayn prinsipləri və istifadəçi təcrübəsinin optimallaşdırılması barədə anlayış;
  • Rəqəmsal proqram təminatlarının idarəçiliyi və startap ekosistemi üzrə təcrübə;
  • Proqram təminatının hazırlanması prosesləri (Proqram təminatının İnkişaf Dövrü) haqqında biliklər.

Vakansiya haqqında

Son tarix

January 31, 2026

Paylaşılıb

dekabr 22, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik