Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Product Specialist (Service Desk)

04-03-2025

625

Təsvir

İnformasiya sistemi layihəsinin məqsədlərinə və maraqlı tərəflərin müvafiq sorğularına texniki dəstək xidmətlərinin səmərəli şəkildə göstərilməsi, istifadəçiyə distant yardım göstərilməsi.

“Müraciət sorğusu” sistemi vasitəsi ilə qeydiyyata alınan bütün sorğuların vaxtında cavablandırılması, yönləndirilməsi və həll olunması.

İnformasiya sistemləri backlog-nun yaradılması və prioritetləşdirilməsi.

İnformasiya sistemləri metriklərinin monitorinqi və bununla sistemin KPI-larına uyğun nəticələrə nail olunması.

Altsistemin yol xəritəsini və vizionunu formalaşdırmaq, təqdim etmək və komanda üzvlərinə çatdırılması.

Digər altsistem mütəxəssisləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatlarla bölüşmə və mümkün dəstəyin verilməsi.

Altsistemlər üzrə sorğulara və tapşırıqlara uyğun sınaq və testlərin həyata keçirilməsi.

Müəyyən edilmiş tələblərə cavab verməsini təmin etmək üçün yeni xüsusiyyətlərin sınaqdan keçirilməsinə və təsdiqlənməsinə dəstək göstərilməsi.

Altsistemlər üzrə sorğu-müraciətlər üzrə texniki və qeyri-texniki komandalar arasında koordinasiyanın təşkil edilməsi.

Tələblər

Ali təhsil (Biznesin idarə edilməsi, informasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahədə bakalavr dərəcəsi).

Biznes təhlili alətləri ilə işləmə bacarığı (Microsoft Visio, Jira, Confluence, Draw io, Figma, MS Project, Trello və ya digər layihə idarəetmə alətləri ilə işləmə təcrübəsi).

Layihə idarəetmə metodologiyaları haqqında məlumatlı olmaq (məsələn, Agile, Waterfall).

Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi, IT layihələri üzrə ən azı 1 il iş təcrübəsi.

BA və IT üzrə sertifikatlar üstünlükdür.

Güclü analitik bacarıqlara sahib olmaq.

Kritik biznes tələbləri doğru başa düşmək üçün maraqlı tərəflərlə işləmək bacarığı.

Problemlərə kompleks və məntiqi yanaşma bacarığı.

Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı.

Dəqiqlik və detallara qarşı diqqətlilik.

Ünsiyyət və təqdimat bacarıqları.

Komanda ilə işləmə bacarığı.

Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı. (İnglis dili arzu olunandir).

Vakansiya haqqında

Son tarix

April 13, 2025

Paylaşılıb

mart 4, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik