Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Ana səhifə
/
/
/
Risklərin idarə edilməsi üzrə mütəxəssis

Risklərin idarə edilməsi üzrə mütəxəssis

Bu gün

239

Təsvir

  • Risklərin idarə edilməsi ilə bağlı normativ sənədlərin (prosedur, təlimat, siyasət və s.) hazırlanması və mütəmadi yenilənməsində iştirak etmək;
  • Risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə illik və dövri hesabatların, o cümlədən Risk Xəritəsinin hazırlanmasını və yenilənməsini təmin etmək;
  • Risklərin erkən aşkarlanmasında, təsnifləşdirməsində və risklərə qarşı cavab tədbirlərinin hazırlanmasında iştirak etmək;
  • Risk göstəricilərinin monitorinqi üçün zəruri məlumatların toplanması və təhlil edilməsini təmin emtək;
  • Daxili təlim və maarifləndirmə tədbirlərinin (risk menecmenti, uyğunluq, sənədləşdirmə və s. mövzular üzrə) keçirilməsində iştirak etmək;
  • Məlumatların məxfiliyinə və təhlükəsizliyinə dair nəzarət mexanizmlərinin hazırlanmasında iştirak etmək;
  • Risklərin idarə olunması üzrə Tədbirlər Planının hazırlanmasını təmin etmək, bu plana uyğun icra işlərinin koordinasiyası və icra vəziyyəti üzrə hesabatları tərtib etmək;
  • Daxil olan məktub, ərizə, şikayət, təklif və digər sənədlərin qanunvericiliyə uyğun müddətdə və əsaslandırılmış şəkildə cavablandırmaq;
  • İcra edilən tapşırıqlara dair dövri hesabatların hazırlanması, sənədləşdirilməsi və aidiyyəti üzrə təqdim edilməsini təmin etmək.

Tələblər

  • Ali təhsil (hüquq, audit və bu kimi ixtisaslar üstünlükdür);
  • MS Office, Outlook;
  • Risklərin qiymətləndirilməsi və idarəedilməsi üzrə minimum 1 il iş təcrübəsi;
  • Elektron Sənəd Dövriyyəsi (ESD) ilə işləmə bacarığı;
  • Normativ hüquqi sənədlər üzrə biliklər (Azərbaycan Respublikasının Əmək Məcəlləsi; "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun; "Vətəndaşların müraciətləri haqqında" Qanun; "Fərdi məlumatlar haqqında" Qanun; "İnformasiya əldə etmək haqqında" Qanun; Agentliyin fəaliyyətini tənzimləyən digər qanun və normativ hüquqi aktlar);
  • Risklərin idarə edilməsi sahəsində müvafiq standartların tələbləri üzrə biliklər;
  • Dəqiqlik və detallara diqqət;
  • Təhlil etmə bacarığı;
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Konfidensial məlumatlarla işləmə bacarığı;
  • Punktuallıq və işə ciddi yanaşma;
  • Operativ qərarvermə və icra qabiliyyəti.

Vakansiya haqqında

Son tarix

August 2, 2025

Paylaşılıb

iyun 23, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə