Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Full-Stack Developer

Bu gün

116

Təsvir


Əsas öhdəliklər:

·      Full Stack Development: Ölçülə bilən (scalable), yüksək performanslı veb tətbiqlərin və daxili analitik platformaların dizaynı, hazırlanması və genişləndirilməsi.

·      Data Pipeline & Analysis: Fərqli mənbələrdən (SQL, API, NoSQL) məlumatların avtomatlaşdırılmış toplanması üçün ETL/ELT boru kəmərlərini dizayn və inşa etmək.

·      Interactive Visualization: Mürəkkəb məlumatların və coğrafi məkan datalarının (GIS) istifadəçi üçün anlaşılan interaktiv UI-lara (JavaScript/TypeScript, React/Vue və s.) və dashboard-lara çevrilməsi.

·      Geo-Spatial Integration: Coğrafi məkan məlumatlarına əsaslanan istifadə ssenarilərini dəstəkləmək üçün geo-analitiklərlə sıx əməkdaşlıq və vizuallaşdırma modullarının qurulması.

·      System Architecture & Automation: Linux mühitində infrastrukturun idarə edilməsi, Docker konteynerləşdirmə texnologiyalarının tətbiqi və CI/CD proseslərinə (Bash scripting daxil olmaqla) dəstək.

Tələblər

Güclü texniki bacarıqlar:

·      Frontend: JavaScript/TypeScript üzrə dərin biliklər və müasir freymvorklarda (React, Vue və ya Angular) 3+ il iş təcrübəsi.

·      Backend & Analytics: Python (Django, FastAPI və ya Flask) və ya R proqramlaşdırma dillərində mükəmməl bacarıqlar; Pandas, NumPy, Scikit-learn kimi kitabxanalarla iş təcrübəsi.

·      Database: Advanced SQL bilikləri və relyasiya əsaslı (PostgreSQL/PostGIS) və NoSQL verilənlər bazaları ilə iş təcrübəsi.

·      Data Formats: Tabulyar (Parquet, CSV, Excel) və Geo-spatial (GeoJSON, Shapefile, GPKG) formatları ilə işləmək və onları emal etmək bacarığı.

·      Infrastructure & DevOps: Linux sistem inzibatçılığı, Bash scripting, Docker və Git (Version Control) üzrə peşəkar səviyyədə biliklər.

·      Cloud & Architecture: Cloud xidmətləri (AWS/Azure/GCP) və ya daxili (on-premise) serverlərdə data infrastrukturu qurmaq təcrübəsi üstünlükdür.


Yumşaq bacarıqlar:

·      Mürəkkəb analitik nəticələri texniki olmayan tərəfdaşlara sadə və aydın şəkildə izah etmək qabiliyyəti.

·      Analitik düşünmə, problem həlletmə və detallara qarşı yüksək diqqət.

·      Cross-functional komandalarla (IT, DevOps, Data Science) effektiv ünsiyyət və əməkdaşlıq.

 

Təhsil və təcrübə:

·      Kompüter elmləri və ya mühəndisliyi, riyazi elmlər (verilənlər elmi/statistika/əməliyyat tədqiqatı) üzrə ali təhsil. 

·      Dil bilikləri: inglis C1 (mütləq), rus B2 (arzuolunandır).

Vakansiya haqqında

Son tarix

March 9, 2026

Paylaşılıb

fevral 6, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik