Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Xəritə üzrə mütəxəssis

Dünən

167

Təsvir

  • Ərazi və kameral şəraitdə AYNA-nın Coğrafi İnformasiya Sistemi (CİS) bazası üzrə yenilənmələrin aparılması, habelə yol hərəkətinin təşkili üzrə texniki nizamlama vasitələrinin atributiv göstəriciləri daxil edilməklə sistemə əlavə olunması;
  • Ərazidə topoqrafik ölçmə işlərinin hazırlanması və icrası;
  • Fəaliyyət funksiyasına uyğun olaraq verilmiş tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
  • Fəaliyyət funksiyası üzrə daxil olan müraciətlərin araşdırılması, təhlil edilməsi və əsaslandırılmış cavabların hazırlanması;
  • Coğrafi İnformasiya Sistemi bazasından məlumatların əldə edilməsi, emalı və təhlilinin aparılması;
  • Fəaliyyət funksiyası üzrə hesabatlılığın təmin edilməsi və müvafiq hesabatların hazırlanması;
  • Digər xəritə məlumatlarının mütəmadi izlənilməsi, aşkar edilmiş dəyişikliklər barədə müvafiq qaydada məlumatın verilməsi.

Tələblər

  • Nəqliyyat sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
  • İngilis və rus dillərini bilmək üstünlükdür;
  • ArcGIS Pro, AutoCAD və Google Earth Pro proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
  • MS Word və MS Excel proqramlarında yaxşı səviyyədə istifadə bacarığı;
  • Mexaniki ötürmələr qutusuna malik minik avtomobilini sərbəst idarəetmə bacarığı;
  • Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununa uyğun olaraq yol hərəkətinin təşkili üzrə texniki tənzimləmə vasitələri barədə biliklərə malik olmaq;
  • Punktuallıq, iş prosesində detallara diqqətlilik və məsuliyyətlilik;
  • Effektiv ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı;
  • Analitik düşüncə tərzi, məlumatları təhlil etmə və innovativ yanaşma qabiliyyəti;
  • Çətin və stresli situasiyalarda operativ və nəticəyönümlü işləmək bacarığı.


  • Əlavə qeyd: Respublika ərazisində (Bakı və regionlar daxil olmaqla) işləməyə hazır olmaq.

Vakansiya haqqında

Son tarix

February 2, 2026

Paylaşılıb

dekabr 24, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik