Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Ana səhifə
/
/
/
İstedadların cəlb edilməsi üzrə qrup rəhbəri.

İstedadların cəlb edilməsi üzrə qrup rəhbəri.

Bu gün

26

Təsvir

Vəzifə təsviri

·      İstedadların cəlb edilməsi strategiyasını hazırlamaq və icrasına nəzarət etmək

·      İşə qəbul komandasının fəaliyyətini planlaşdırmaq, iş bölgüsünü təşkil etmək və nəticələri izləmək

·      Struktur bölmələrlə əməkdaşlıq edərək işçi ehtiyaclarının düzgün müəyyənləşdirilməsini təmin etmək

·      Vakansiya tələblərinin əsaslandırılmasını yoxlamaq və zərurət olduqda struktur bölmə rəhbərləri ilə birgə təhlil aparmaq

·      Çətin və kritik vakansiyalar üzrə birbaşa axtarış aparmaq

·      İşə qəbul kanallarını idarə etmək və alternativ namizəd mənbələri formalaşdırmaq

·      İşə qəbul prosesinin bütün mərhələlərinə (elan, seçim, müsahibə, təklif, yerləşdirmə) nəzarət etmək

·      Xarici bazardan namizədlərin axtarışı və cəlb olunmasını təşkil etmək

·      İşə qəbul üzrə KPI-ların monitorinqi və təhlilini aparmaq

·      İşəgötürən brendinin inkişafı təşəbbüslərinə rəhbərlik etmək

·      Universitetlər və tərəfdaş qurumlarla əməkdaşlıq əlaqələrini inkişaf etdirməkə

·  Rəhbərliyə aylıq və rüblük hesabatlar təqdim etmək

Tələblər

Tələblər

·      İnsan resursları, idarəetmə, psixologiya və ya əlaqədar sahə üzrə ali təhsil

·      Ən azı 5 il iş təcrübəsi (onun ən azı 3 ili İR sahəsində)

·      ATS sistemləri ilə işləmə təcrübəsi

·      MS Office proqramlarında sərbəst işləmə bacarığı

·      Dil bilikləri: Azərbaycan və Rus dili – mükəmməl (İngilis dili üstünlükdür)

·      İR üzrə beynəlxalq sertifikatların olması üstünlükdür

·      Güclü liderlik və komanda idarəetmə bacarıqları

·      Analitik və strateji düşünmə qabiliyyəti

·      Qərarvermə və problem həll etmə bacarığı

·      Təşkilatçılıq və nəticəyönümlülük

Vakansiya haqqında

Son tarix

April 9, 2026

Paylaşılıb

mart 10, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə