Avtobus və taksi dayanacaq məntəqələrinin, eləcə də dayanacaq pavilyonlarının həcmlərinin müəyyənləşdirilməsi və yerləşdirilməsi üzrə layihələrin planlaşdırılması və həyata keçirilməsi;
Avtomobil nəqliyyatının infrastruktur obyektləri və yol hərəkətinin təşkili layihələri üzrə daxil olan müraciətlərin araşdırılması, rəylərin ümumiləşdirilərək təhlil və təqdim edilməsi;
Layihələr üzrə iş axını cədvəlinin hazırlanması, görülmüş işlərin gedişatının izlənilməsi, vaxt qrafikinə riayət olunmasına nəzarət;
Görülmüş işlər üzrə hesabatların və təqdimatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Qanunvericilik aktları və beynəlxalq təcrübə əsasında nəqliyyat layihələri üzrə təkliflərin hazırlanması;
Layihələr çərçivəsində aidiyyəti qurumlar və struktur bölmələrlə koordinasiyanın aparılması;
Verilmiş tapşırıqların müəyyən olunmuş müddətlərdə və keyfiyyətlə icrasının təmin edilməsi.
Tələblər
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsinin olması, layihələrin idarə olunması üzrə təcrübənin olması üstünlükdür;
Nəqliyyat sahəsi üzrə qüvvədə olan qanunvericilik aktları, normativ sənədlər və texniki standartlar barədə məlumatlı olmaq;
Beynəlxalq təcrübə və normativ sənədlər üzrə araşdırmalar aparmaq, müqayisəli təhlil və əsaslandırılmış rəy hazırlamaq bacarığının olması;
Layihə idarəetməsi üzrə biliklərin olması, layihələrin planlaşdırılması, icrası və icrasına nəzarət prosesləri barədə anlayışın olması;
Layihə idarəetməsi sahəsində sertifikatın olması üstünlükdür;
Analitik hesabatların və peşəkar təqdimatların hazırlanması bacarığının olması;
Beynəlxalq araşdırmaların aparılması məqsədilə ingilis dilini yaxşı səviyyədə bilmək (yazılı və şifahi);
Azərbaycan dilində rəsmi yazışma və sənədlərin tərtibi bacarığının olması;
MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığının olması;
Analitik düşünmə, problemlərin operativ və əsaslandırılmış şəkildə həll edilməsi bacarığının olması;
Komanda mühitində effektiv işləmək, müxtəlif struktur bölmələri və maraqlı tərəflərlə koordinasiyanı təmin etmək bacarığının olması;
Məsuliyyətlilik, dəqiqlik və iş prosesinə sistemli yanaşma;
Vaxtın idarə olunması, paralel tapşırıqların planlaşdırılması və prioritetləşdirilməsi bacarığının olması;
Güclü ünsiyyət və təqdimetmə bacarıqları, fikirləri aydın və əsaslandırılmış şəkildə ifadə etmək qabiliyyəti.