Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Ana səhifə
/
/
/
Beynəlxalq əməkdaşlıq üzrə baş mütəxəssis

Beynəlxalq əməkdaşlıq üzrə baş mütəxəssis

Bu gün

97

Təsvir

  • Agentliyin beynəlxalq əlaqələrinin bütün istiqamətlər üzrə inkişafını təmin etmək və genişləndirmək, beynəlxalq əməkdaşlıq imkanlarını artırmaq.
  • Ölkədaxili və beynəlxalq səviyyədə keçirilən tədbirlərdə, konfranslarda və forumlarda müvafiq sahələr üzrə Agentliyin maraqlarını qoruyaraq təmsilçilik etmək.
  • Agentliyin rəhbərliyinin iştirak edəcəyi beynəlxalq tədbirlər və xarici səfərlər üçün hazırlıq işlərini həyata keçirmək, eləcə də Agentlik əməkdaşlarının xidməti ezamiyyə ilə bağlı məsələlərin əlaqələndirilməsi.
  • Şöbəyə daxil olan məktub və müraciətlərə qanunvericiliyə uyğun olaraq müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin etmək, cavabların hazırlanmasında iştirak etmək.
  • Azərbaycan yük və sərnişin daşıyıcılarının iştirak etdiyi beynəlxalq bazarları təhlil etmək, bu sahələrdə mövcud vəziyyəti araşdırmaq və inkişaf istiqamətləri ilə bağlı təkliflər hazırlamaq.
  • Şöbənin iş planı və görülmüş işlər haqqında dövrlər üzrə hesabatların hazırlanmasında iştirak etmək.

Tələblər

  • İqtisadiyyat, beynəlxalq əlaqələr, biznesin idarə edilməsi, Beynəlxalq logistika və ya oxşar sahələrdə ali təhsil;
  • Beynəlxalq əlaqələr və biznesin inkişafı sahəsində əlavə kurslar, sertifikatlar, MBA və ya digər yüksək təhsil proqramları üstünlük təşkil edir;
  • Kommersiya, texnologiya və korporativ biznes istiqamətləri üzrə strateji tərəfdaşlıq, diplomatiya, marketinq, logistika, nəqliyyat və ya əlaqəli sahələrdə ən azı 5 il iş təcrübəsi;
  • Səlis Azərbaycan dili, rus dili (C2 səviyyədə) və ingilis dil (minimum B2 səviyyədə);
  • Ofis proqramları üzrə biliklər : MS Office (Excel, Word, PowerPoint);
  • Əməkdaşlıq sahələrini strateji baxımdan idarə etmək və inkişaf etdirmək bacarığı;
  • Effektiv yazılı və şifahi ünsiyyət bacarıqları, yerli və beynəlxalq tərəfdaşlarla əlaqələr qurma qabiliyyəti;
  • Yüksək təhlil, analiz və tədqiqat bacarığı.

Vakansiya haqqında

Son tarix

mart 12, 2025

Paylaşılıb

yanvar 31, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə