Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Böyük Məlumat Mühəndisi

15-05-2025

353

Təsvir

· Müxtəlif mənbələrdən (daxili və xarici) böyük miqyaslı məlumatların yüklənməsi, emalı və saxlanılması üçün inteqrasiyaların qurulmasına və inkişafı.

· Məlumat anbarı həlləri memarlığını qurmaq və onların səmərəli məlumat modelləşdirilməsini və performans tənzimlənməsini təmin etmək.

· Məlumat emalı iş axınlarını optimallaşdıraraq performansı artırmaq və gecikməni azaltmaq.

· Məlumat Mühəndisləri və Data Analitiklər ilə əməkdaşlıq edərək məlumat proseslərini optimallaşdırmaq və ümumi infrastrukturun təkmilləşdirilməsinə töhfə vermək.

· Məlumatın keyfiyyəti və uyğunluğunu təmin etmək üçün müntəzəm məlumat doğrulama və bütövlük yoxlamaları aparmaq.

· Biznes və texniki komandalarla sıx əməkdaşlıq edərək məlumat tələblərini başa düşmək və məlumatın dəqiq çatdırılmasını təmin etmək.

· Məlumat axınları, inteqrasiya və sistem arxitekturası üçün sənədləşməni hazırlamaq və saxlamaq.

· SQL və NoSQL bazası alətlərindən istifadə edərək məlumatların çıxarılması, manipulyasiyası və təhlilini aparmaq.

· Məlumat köçürmə layihələrində iştirak edərək, məlumat sistemlərinin düzgün keçidini və inteqrasiyasını təmin etmək.

· Məlumat prosesləri, inteqrasiya və saxlanma ilə bağlı problemləri həll etmək və aradan qaldırmaq.

Tələblər

· Kompüter Elmləri, Məlumat Mühəndisliyi, İnformasiya Texnologiyaları və ya əlaqəli sahədə bakalavr dərəcəsi.

· Əlaqəli sahədə ən azı 3-4 illik iş təcrübəsi.

· Big Data texnologiyaları sahəsində dərin bilikKafka, Apache Spark, Hive, HBase, Hadoop və s.

· ETL inkişafında təcrübə, o cümlədən proseslərin monitorinqi və səhvlərin aradan qaldırılması.

· Məlumat bazası sistemləri (SQL, NoSQL) və məlumat idarəetməsi konsepsiyaları haqqında əsas anlayış.

· Məlumatların sorğulanması və manipulyasiyası üçün SQL-də bacarıq.

· Python, Java və ya Scala kimi bir və ya daha çox proqramlaşdırma dili ilə tanışlıq.

· Güclü problem həll etmə bacarığı və detallara diqqət.

· Yeni texnologiyaları öyrənməyə və mövcud bacarıqları inkişaf etdirməyə həvəsli olmaq.

· Əla ünsiyyət və əməkdaşlıq bacarıqları. 

Vakansiya haqqında

Son tarix

June 24, 2025

Paylaşılıb

may 15, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik