Python dili ilə böyük verilənlər üzərində işləmək, xüsusilə pandas ilə inkişaf etmiş məlumat emalı aparmaq.
Dərin məlumat təhlili həyata keçirmək və əhəmiyyətli vizuallaşdırmalar yaratmaq (Tableau).
GeoPandas və ya digər geolokasiya analiz alətləri ilə işləmək və ya öyrənməyə hazır olmaq.
Proqnozlaşdırıcı təhlil və qərarvermə üçün məlumat əsaslı modellər hazırlamaq və dəstəkləmək.
Müxtəlif komandalarla əməkdaşlıq edərək məlumat analizi ilə biznes ehtiyaclarına dəstək göstərmək.
Tələblər
Python proqramlaşdırma dili üzrə güclü biliklər, xüsusilə pandas kitabxanası ilə məlumatların emalı sahəsində möhkəm praktiki təcrübə.
Məlumat təhlili sahəsində real iş təcrübəsi, o cümlədən məlumatların təmizlənməsi, transformasiyası və vizuallaşdırılması.
GeoPandas ilə təcrübə və ya coğrafi məlumatların (geospatial data) analizi sahəsində işləməyə və öyrənməyə yüksək maraq.
Statistik metodlar, məlumat əsaslı yanaşmalar və problem həll etmə bacarığı.
İngilis və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı.
Proqnozlaşdırıcı modellərin qurulması, maşın öyrənməsi alqoritmləri və məlumat vizuallaşdırma alətləri (məsələn, Tableau, Power BI və s.) ilə işləmək təcrübəsi.
Məlumat təhlili və ya data science sahəsində minimum 2-3 il praktiki iş təcrübəsi.
Güclü ünsiyyət bacarıqları və komandada effektiv işləmək qabiliyyəti.