Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əmək müqavilələrinin bağlanmasını, onlara dəyişikliklərin edilməsini və əmək müqavilələrinə xitam verilməsinin rəsmiləşdirilməsini təmin etmək;
Ezamiyyətlərin rəsmiləşdirilməsi, intizam tənbehlərinin tətbiqi və digər inzibati xarakterli əmrlərin hazırlanmasını, habelə bu əmrlərlə bağlı sənədləşmə işlərinin qanunvericiliyə uyğun şəkildə aparılmasını həyata keçirmək;
Şöbəyə vətəndaşlardan, dövlət orqanlarından və digər təşkilatlardan daxil olmuş müraciətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmasını və əsaslandırılmış cavabların hazırlanmasını təmin etmək;
İşçilərin əmək fəaliyyəti, tutduğu vəzifə və əmək stajı ilə bağlı arayışların hazırlanmasını və təqdim olunmasını həyata keçirmək;
Məzuniyyət qrafiklərinin tərtib edilməsini, onların icrasına nəzarəti, habelə məzuniyyətlərin uçotunun əmək qanunvericiliyinə uyğun şəkildə aparılmasını təmin etmək;
İş vaxtının uçotu tabelinin hazırlanmasını, onun düzgünlüyünə nəzarəti və aidiyyəti struktur bölmələrlə koordinasiyanı həyata keçirmək;
Dövlət orqanlarına və rəhbərliyə təqdim edilməsi üçün dövri və operativ hesabatların hazırlanmasını, ümumiləşdirilməsini və təqdim olunmasını təmin etmək.
Tələblər
Ali təhsil (müvafiq sahə üzrə);
Əmək münasibətləri sahəsində azı 3 il iş təcrübəsi (dövlət orqanlarında və ya publik hüquqi şəxslərdə iş təcrübəsinin olması üstünlük hesab olunur);
Əmək qanunvericiliyi və normativ hüquqi aktlar üzrə dərin biliklərə, habelə onların praktik tətbiqi bacarığına malik olmaq;
1C 8.3 proqramını bilməsi arzuolunandır;
Microsoft Office (Word, Excel) proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı (rus və ingilis dillərini bilməsi üstünlükdür);
Elektron informasiya sistemləri ilə işləmək bacarığı, o cümlədən ƏMAS üzrə praktiki istifadə bacarığı;
Vaxtın səmərəli idarə edilməsi, iş proseslərinin planlaşdırılması və icrasına nəzarət etmək bacarığı;
Adaptivlik və öyrənməyə açıqlıq, analitik düşünmə qabiliyyəti, detallara diqqətlilik və yüksək məsuliyyət hissi;
Effektiv ünsiyyət qurmaq, həmçinin yazılı və şifahi şəkildə fikirləri aydın və əsaslandırılmış şəkildə ifadə etmək bacarığı.