Təsvir
- Məhkəmə proseslərində Agentliyin nümayəndəsi kimi iştirak etmək və Agentliyin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək;
- Prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək;
- Məhkəmə proseslərinə hazırlıq zamanı verilmiş iddia araşdırılarkən Agentliyin əməkdaşları tərəfindən mövcud qanunvericiliyin tələbləri və ya daxili qaydaların pozulması faktını aşkarlamaq və bu barədə birbaşa rəhbərə məlumat vermək;
- Agentliyin fəaliyyəti ilə bağlı müxtəlif təyinatlı və xarakterli müqavilələrin hazırlanmasını və belə müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Hazırlanmış sənədlərin qanunvericiliyə uyğunluğuna dair hüquqi rəy tərtib etmək.
Tələblər
- Ali təhsil (Hüquqşünaslıq);
- Hüquq sahəsində 2 il iş təcrübəsi, Məhkəmə sahəsində - 1 il iş təcrübəsi;
- İnzibati xətalar sahəsində qanunvericilik biliyinə malik olmaq;
- Təhlil aparmaq;
- Danışıqlar aparmaq;
- Maraqların toqquşması hallarının qarşısını almaq;
- Yüksək dərəcədə analiz etmək və tədqiqat aparmaq;
- Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı;
- Dəqiqlik və detallara qarşı diqqətlilik;
- Ünsiyyət və təqdimat bacarıqları;
- Stressə davamlılıq;
- Yüksək dinləmə bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı (Rus və ingilis dilləri arzu olunandır).
Vakansiya haqqında
Paylaşılıb
fevral 24, 2025
Kateqoriya
Hüquq