Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Ana səhifə
/
/
/
İnformasiya təhlükəsizliyi üzrə baş mütəxəssis

İnformasiya təhlükəsizliyi üzrə baş mütəxəssis

Bu gün

11

Təsvir

  • Veb, mobil, API və infrastruktur sistemləri üzrə nüfuzetmə sınaqlarının (Penetration Testing) həyata keçirilməsi;
  • Təhlükəsizlik boşluqlarının müəyyən edilməsi, istismar edilməsi və onların risklərinin, eləcə də biznesə mümkün təsirinin qiymətləndirilməsi və sənədləşdirilməsi;
  • Texniki detallar, risk səviyyələri və təhlükəsizlik boşluqlarının aradan qaldırılması üzrə tövsiyələri əhatə edən peşəkar hesabatların hazırlanması;
  • Daxili nüfuzetmə sınaqları və zəifliklərin idarə edilməsi proseslərinin hazırlanması və təkmilləşdirilməsi;
  • Sistemlərin təhlükəsiz dizaynının təmin olunması və müəyyən edilmiş təhlükəsizlik boşluqlarının aradan qaldırılması istiqamətində aidiyyəti komandalarla əməkdaşlıq.

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil (İnformasiya təhlükəsizliyi, kompüter elmləri, İT mühəndisliyi və ya oxşar texniki ixtisaslar);
  • Nüfuzetmə sınaqları (Penetration Tester) sahəsində minimum 2 il praktiki iş təcrübəsi;
  • Veb, mobil, API, infrastruktur və simsiz şəbəkələr üzrə manual və avtomatlaşdırılmış təhlükəsizlik testlərinin aparılması sahəsində güclü praktiki bilik;
  • Veb və mobil tətbiqlərin arxitekturası, eləcə də geniş yayılmış hücum vektorları haqqında yaxşı anlayış;
  • Ən azı bir skriptləşdirmə və ya proqramlaşdırma dilində (məsələn, Python, Bash, JavaScript) praktiki bilik;
  • Zəifliklərin idarə edilməsi prosesləri üzrə təcrübə, o cümlədən zəifliklərin müəyyən edilməsi, prioritetləşdirilməsi, izlənilməsi və aradan qaldırılması prosesinin koordinasiyası;
  • Zəifliklərin idarə edilməsi alətləri (məsələn, Qualys, Tenable, Rapid7 və ya analoji həllər) ilə iş təcrübəsinin olması üstünlükdür;
  • Şəbəkə əsasları, o cümlədən şəbəkə avadanlıqları və protokolları (routerlər, switch-lər, firewall-lar, TCP/IP protokollar steki və s.) üzrə yaxşı bilik;
  • Proqram təminatının hazırlanması, şəbəkə administrasiyası və ya sistem mühəndisliyi sahəsində təcrübənin olması üstünlükdür;
  • OSCP, OSEP, OSWE, eWPTX, eCPPT, eMAPT, CRTO və ya analoji beynəlxalq sertifikatların olması üstünlükdür;
  • Dil bilikləri: İngilis dili – Upper-Intermediate (B2) və ya daha yüksək səviyyə;
  • Analitik düşünmə və problemlərin həlli bacarığı;
  • Detallara diqqət;
  • Komanda ilə işləmək və əməkdaşlıq bacarığı;
  • Vaxtın düzgün idarə edilməsi və işin planlaşdırılması bacarığı.

Vakansiya haqqında

Son tarix

September 10, 2026

Paylaşılıb

avqust 11, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik