Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Ana səhifə
/
/
/
İnkişaf və müavinətlər üzrə qrup rəhbəri

İnkişaf və müavinətlər üzrə qrup rəhbəri

Bu gün

15

Təsvir

Əsas vəzifə öhdəlikləri


İnkişaf və təlim istiqaməti

  • Şirkətin strateji hədəflərinə uyğun təlim və inkişaf strategiyasını hazırlamaq və icrasını təmin etmək
  • İllik təlim ehtiyaclarının təhlilini aparmaq və planlamaq
  • Daxili və xarici təlim proqramlarını təşkil etmək və effektivliyini ölçmək
  • Liderlik inkişaf proqramlarının hazırlanması və tətbiqinə rəhbərlik etmək
  • Əməkdaşların inkişaf planlarının hazırlanması və izlənməsi
  • Əmək haqqı və müavinətlər siyasətinin hazırlanması və yenilənməsi
  • Bazar araşdırmaları əsasında əmək haqqı strukturlarının və aralıqlarının təhlili
  • Bonus və mükafatlandırma sistemlərinin hazırlanması və idarə olunması
  • Şirkət üzrə performansın idarə edilməsi sisteminin (PMS) dizayn edilməsi, tətbiqi və davamlı təkmilləşdirilməsinin təmin edilməsi
  • Performans qiymətləndirmə proseslərinin (hədəf qoyma, ara qiymətləndirmə, illik qiymətləndirmə, kalibrasiya) effektiv təşkilinə rəhbərlik etmək
  • Şirkət üzrə dərəcələnmə (grading) sisteminin qurulması və tətbiqi
  • Vəzifələrin qiymətləndirilməsi və uyğun dərəcələr üzrə yerləşdirilməsinin təmin edilməsi
  • Dərəcələnmə sisteminin əmək haqqı strukturu və müavinətlər siyasəti ilə uyğunlaşdırılması
  • İşçi bağlılığını artırmaq üçün müavinət paketlərinin optimallaşdırılması
  • Daxili ədalətlilik və xarici rəqabətlilik prinsipinin qorunması
  • İR göstəricilərinin (KPI-lar) təhlili və rəhbərliyə təqdim olunması
  • Təlim effektivliyi, işçi bağlılığı və kompensasiya üzrə hesabatların hazırlanması
  • Data əsaslı qərarvermə proseslərinin tətbiqi
  • Qrup üzvlərinin işinin planlaşdırılması və koordinasiyası
  • Komanda üzvlərinin inkişafının təmin edilməsi
  • Effektiv və nəticəyönümlü iş mühitinin yaradılması 

Tələblər

Tələblər

  • İnsan resursları, idarəetmə, iqtisadiyyat və ya əlaqədar sahə üzrə ali təhsil
  • Magistr dərəcəsi üstünlükdür
  • İR sahəsində minimum 3–5 il iş təcrübəsi
  • Təlim və inkişaf və ya kompensasiya və müavinətlər sahəsində minimum 3 il təcrübə
  • HR analitika və hesabatlılıq bacarıqları
  • MS Office proqramları (xüsusilə Excel)
  • İR sistemləri ilə işləmə bacarığı
  • Məlumatların təhlili və təqdimatı
  • Azərbaycan dili – mükəmməl
  • İngilis dili – yaxşı səviyyədə
  • Rus dili – mükəmməl

Vakansiya haqqında

Son tarix

May 4, 2026

Paylaşılıb

aprel 27, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə