Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Ana səhifə
/
/
/
İnsan resursları üzrə böyük mütəxəssis

İnsan resursları üzrə böyük mütəxəssis

Bu gün

245

Təsvir

  • Agentliyin ehtiyaclarına uyğun olaraq işə qəbul prosesini təşkil etmək və effektiv şəkildə həyata keçirmək;
  • Yeni işçilərin adaptasiyasını təmin etmək üçün proqramların təşkil və koordinasiya etmək;
  • Öyrənmə və inkişaf ehtiyaclarını müxtəlif yanaşmalardan istifadə edərək müəyyənləşdirmək;
  • İşçilərin bilik və bacarıqlarını artırmaq məqsədilə inkişaf proqramlarını təşkil etmək və təlim sonrası effektivliyi qiymətləndirmək;
  • Fəaliyyətin idarəetmə sisteminin tətbiqinə dair funksional bölmələrə metodoloji və proses dəstəyi göstərmək, qiymətləndirmə mərhələlərinin düzgün icrası üçün bütün maraqlı tərəflərlə effektiv koordinasiya qurmaq;
  • Mövcud və yeni vəzifələr üzrə funksional iş analizlərini aparmaq və nəticələr əsasında vəzifə təsvirləri, spesifikasiyalar və digər əlaqəli sənədləri hazırlamaq;
  • Səriştə əsaslı yanaşma üzrə matrisaların və qiymətləndirmə alətlərinin hazırlanmasında iştirak etmək və onların tətbiqini dəstəkləmək;
  • İşçi qüvvəsinin strateji planlaşdırılması, vəzifələrin dizaynı və təşkilati strukturun optimallaşdırılması üzrə təşəbbüslərdə iştirak etmək;
  • Əməkdaşların məmnunluq səviyyəsini ölçmək üçün sorğular keçirmək və nəticələr əsasında inkişaf təklifləri vermək;
  • İşçi bağlılığı və işəgötürən brendinin inkişafı üzrə tədbirlərə dəstək vermək;
  • İnsan resursları üzrə hesabatların hazırlanması və analitik təhlillərin aparılması üçün müvafiq məlumatları toplamaq və təhlil etmək.

Tələblər

  • İnsan resursları, biznesin idarə edilməsi, psixologiya və ya müvafiq sahə üzrə ali təhsil;
  • Əmək qanunvericiliyi üzrə biliklərin peşəkar səviyyədə olması;
  • İnsan resurslarının müxtəlif funksiyaları üzrə (işə qəbul, təlim, performans, engagement) minimum 3 il peşəkar təcrübə;
  • İşə qəbul, öyrənmə və inkişaf, performans idarəçiliyi və əməkdaş məmnuniyyəti prosesləri üzrə peşakar biliklər;
  • Müvafiq fəaliyyətlər üzrə hesabatlılıq bacarığı, əsas metriklərdən istifadə bacarığı;
  • Nəticəyönümlülük və punktuallıq;
  • İnkişaf yönümlü yanaşmaya və dəyişikliklərə adaptasiya;
  • Azərbaycan dili – səlis, ingilis və ya rus dillərindən biri peşakar səviyyədə;
  • HR üzrə beynəlxalq sertifikatların olması əlavə üstünlükdür.

Vakansiya haqqında

Son tarix

July 1, 2025

Paylaşılıb

may 22, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə