Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

İnspektor (Laçın regionu üzrə)

Bu gün

4

Təsvir

  • Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması qaydalarına, normativ hüquqi aktlara və beynəlxalq müqavilələrə əməl olunmasına nəzarət etmək;
  • Sərnişin və yük daşımalarının təhlükəsiz təşkilini yoxlamaq;
  • “Fərqlənmə nişanı” və ya “Xüsusi fərqlənmə nişanı” olmadan fəaliyyət göstərən daşıyıcıların qarşısını almaq;
  • Daşıyıcılar üçün maarifləndirmə işlərini aparmaq və qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etmək;
  • Sürücülərin iş və istirahət rejiminə, habelə müəyyən edilmiş tariflərə uyğun gediş haqqı ödənişlərinə nəzarət etmək;
  • İnzibati xətaların aşkarlanması və pozuntu törədən şəxslərin məsuliyyətə cəlb edilməsi prosesində iştirak etmək;
  • Aşkar edilmiş uyğunsuzluqlarla bağlı birbaşa rəhbərə mütəmadi hesabatlar təqdim etmək;
  • Xidməti tapşırıqları, o cümlədən regional idarələrə dəstək göstərilməsini və təhkim edilmiş avadanlıqların/nəqliyyat vasitələrinin istismar qaydalarına riayət etməklə icra etmək.


Tələblər

  • Ali təhsil (nəqliyyat sahəsində);
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • MS Windows və MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
  • Qanunvericiliklə (AR Prezidentinin aktları, Nazirlər Kabinetinin qərarları və s.) bağlı tələbləri bilmək və tətbiq etmək bacarığı;
  • Məsuliyyətli, intizamlı və operativ işləmək bacarığı.
  • B kateqoriyalı etibarlı sürücülük vəsiqəsinin olması (mütləqdir).
  • Avtomobil nəqliyyatı və logistika sahəsində biliklər üstünlükdür.


Vakansiya haqqında

Son tarix

August 14, 2026

Paylaşılıb

iyul 15, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat