Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Ana səhifə
/
/
/
İnspektor (Naxçıvan regional idarəsi)

İnspektor (Naxçıvan regional idarəsi)

02-12-2025

509

Təsvir

Əsas öhdəliklər:

·      Sərnişin və yük daşımalarının qanunvericiliyə və beynəlxalq tələblərə uyğun həyata keçirilməsinə nəzarət etmək;

·      “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” olmadan daşımaların həyata keçirilməsinin qarşısını almaq;

·      Daşıyıcılara normativ hüquqi tələblər üzrə maarifləndirmə dəstəyi göstərmək;

·      Sürücülərin iş və istirahət rejiminə əməl etməsinə nəzarət etmək;

·      Mövcud tariflərə uyğun gediş haqlarının tətbiqinə nəzarət etmək;

·      İnzibati xətaların aşkar olunmasında və müvafiq tədbirlərin görülməsində iştirak etmək.

·      Reyd planlarının hazırlanmasına iştirak etmək və icrasını təmin etmək;

·      Aşkarlanmış inzibati pozuntularla bağlı hesabatların hazırlanmasında iştirak etmək;

·      Müraciətləri araşdırmaq və nəticəyə dair əsaslandırılmış rəy və təkliflər hazırlamaq.

Tələblər

Tələblər və bacarıqlar:

·      Nəqliyyat sahəsi üzrə ali təhsil;

·      Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;

·      Azərbaycan dilini sərbəst səviyyədə bilmək;

·      MS Office proqramlarında işləmə bacarığı ;

·      “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu;

·      Azərbaycan Respublikasının avtomobil nəqliyyatı sahəsi üzrə qanunvericiliyini və normativ aktları;

·      Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi barədə biliklər;

·      Avtomobil nəqliyyatı və logistika sahəsində bilik və bacarıqların olması üstünlükdür.

·      İnandırıcı ünsiyyət qurmaq və arqumentləri əsaslandırmaq bacarığı;

·      Çətin situasiyalarda konstruktiv yanaşma;

·      Problem həll etmə və qərarvermədə çeviklik;

·      Stressə davamlılıq və emosional sabitlik;

·      Prioritetləşdirmə və detallara diqqət;

·      Analitik düşünmə və məlumatı dəqiq təhlil etmə;

·      Komanda ilə işləmək bacarığı.

·   İş yeri və müsahibənin təşkil ediləcəyi yer: Naxçıvan şəhəri.

Vakansiya haqqında

Son tarix

January 7, 2026

Paylaşılıb

dekabr 2, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat