Ödəniş tapşırıqlarını hazırlamaq, ölkədaxili və ölkəxarici köçürmələri internet banking və xəzinədarlıq sistemi vasitəsilə icra etmək;
ERP sistemi ilə banklar arasında məlumat inteqrasiyasını təmin etmək, icra olunan ödənişlərin sistemdə düzgün qeydiyyatını aparmaq və uyğunluğunu yoxlamaq;
Pul hərəkəti hesabatlarını hazırlayıb rəhbərliyə təqdim etmək və 1C-də maliyyə axınlarının düzgün əks olunmasına nəzarət etmək;
Təchizatçı, podratçı və digər tərəfdaşlarla hesablaşmaları aparmaq, bank hesablarının hərəkətini izləyərək gündəlik balansa nəzarət etmək;
Əmək haqqı, ezamiyyə və məzuniyyət ödənişlərini həyata keçirmək;
Digər tələb olunan tapşırıqları vaxtında və dəqiq icra etmək.
Tələblər
Ali təhsil (Maliyyə, Mühasibatlıq, Biznesin idarə edilməsi);
Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi.
1C 8.3 və ya digər ERP sistemləri ilə iş təcrübəsi;
Excel formulları və funksiyaları ilə səlis işləmə bacarığı;
ACCA və ya digər kvalifikasiyalar üzrə müvafiq imtahanlardan sertifikatın olması arzuolunandır;
Güclü analitik, məlumat toplama və problem həll etmə bacarıqları;
Kommunikasiya və komanda ilə işləmək bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.