Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Kiçik inspektor (Regionlar üzrə)

Bu gün

9

Təsvir

  • Sərnişin və yük daşımalarının qanunvericiliyə və beynəlxalq tələblərə uyğun həyata keçirilməsinə nəzarət etmək;
  • “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” olmadan daşımaların həyata keçirilməsinin qarşısını almaq;
  • Daşıyıcılara normativ hüquqi tələblər üzrə maarifləndirmə dəstəyi göstərmək;
  • Sürücülərin iş və istirahət rejiminə əməl etməsinə nəzarət etmək;
  • Nəqliyyat vasitələrinin texniki vəziyyəti ilə bağlı ilkin vizual yoxlama aparmaq;
  • Mövcud tariflərə uyğun gediş haqqı qiymətlərinin tətbiqinə nəzarət etmək;
  • İnzibati xətaların aşkar olunmasında və müvafiq tədbirlərin görülməsinə iştirak etmək;
  • Aşkarlanmış pozuntular barədə ilkin məlumatların vaxtında sistemə daxil edilməsinə dəstək göstərmək;
  • Daşıyıcılardan daxil olan sual və müraciətlərin ilkin qeydiyyatını aparmaq.

Tələblər

  • Orta ixtisas təhsili(nəqliyyat üzrə). Ali təhsil olması üstünlükdür;
  • Müvafiq sahədə iş təcrübəsinin olması üstünlükdür;
  • Azərbaycan dili - sərbəst səviyyədə bilmək;
  • MS Office proqramları barədə ilkin biliklər;
  • Azərbaycan Respublikasının avtomobil nəqliyyatı sahəsi üzrə qanunvericiliyini və normativ aktları bilmək;
  • Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi barədə biliklər;
  • Dəqiq dinləmə və məlumatı düzgün anlama bacarığı;
  • Tapşırıqları vaxtında və dəqiq icra etmək;
  • Yeni bilikləri tez mənimsəmə və adaptasiya olma qabiliyyəti;
  • Komanda ilə əməkdaşlıq etmək bacarığı;
  • Məsuliyyətlilik və nizam-intizam.

Vakansiya haqqında

Son tarix

July 8, 2026

Paylaşılıb

iyun 8, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat