Agentliyin rəsmi sosial media hesabları üçün operativ, informativ və hədəf auditoriyasına uyğun mətnlərin, elanların, maarifləndirici postların və kampaniya materiallarının hazırlanması və redaktəsi;
Təsdiq olunmuş kontent planına uyğun olaraq mütəmadi, aktual və korporativ standartlara cavab verən məzmunun formalaşdırılması;
Agentliyin kommunikasiya strategiyasına və korporativ üslubuna uyğun mətnlərin tərtib edilməsi;
Xəbər, press-reliz, rəsmi açıqlama, bəyanat və digər kommunikasiya materiallarının hazırlanmasında iştirak;
Foto və video materiallar üçün uyğun rəsmi başlıq, sloqan, təsvir və ssenarilərin (maarifləndirici çarxlar və s.) hazırlanması;
Sosial media trendlərinin, auditoriya rəylərinin və rəqəmsal kommunikasiya dinamikasının izlənilməsi, yeni kontent ideyalarının təklif olunması;
Azərbaycan dilində hazırlanan bütün mətnlərin qrammatik, leksik və üslubi baxımdan tam düzgünlüyünün təmin edilməsi;
Zərurət yarandıqda mətnlərin Azərbaycan, ingilis və rus dillərində hazırlanması, tərcüməsi və adaptasiyası.
Tələblər
Ali və ya orta ixtisas təhsili (Jurnalistika, Filologiya, İctimaiyyətlə əlaqələr, Hüquq, Humanitar və ya digər müvafiq sahələr üzrə təhsil arzuolunandır);
Müvafiq sahədə (kopirayter, jurnalist, redaktor və ya PR) ən azı 1 il iş təcrübəsi;
MS Office proqramları (Word, PowerPoint, Excel) və internet resursları ilə sərbəst işləmək bacarığı;
Azərbaycan dilində mükəmməl yazılı və şifahi nitq qabiliyyəti (Rus və ingilis dillərini bilmək üstünlükdür);
Səlis, rəsmi-işgüzar və yaradıcı yazı qabiliyyəti;
SMM və müasir rəqəmsal kommunikasiya prinsiplərini bilmək, müxtəlif auditoriyalar üçün eyni məzmunu fərqli formatlara uyğunlaşdırmaq bacarığı;
Məlumat toplamaq, araşdırma aparmaq, faktları və mənbələri dəqiq yoxlamaq bacarığı;
SEO üzrə baza biliklərinin olması ( üstünlükdür);
İcra olunmuş işlərdən/mətnlərdən ibarət portfolionun təqdim edilməsi (üstünlükdür);
Operativlik, məsuliyyətlilik, detallara diqqət, komandada işləmək və verilən tapşırıqları müəyyən olunmuş vaxt çərçivəsində dəqiq icra etmək bacarığı.
Vakansiya haqqında
Son tarix
November 13, 2026
Paylaşılıb
oktyabr 15, 2026
Vakansiya növü
Tam ştat
Kateqoriya
Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr