Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Məlumat mühəndisi (Data engineer)

Bu gün

377

Təsvir

  • Müxtəlif mənbələrdən məlumatların toplanması, transformasiyası və yüklənməsi üçün ETL/ELT pipeline-larının dizayn edilməsi, hazırlanması və optimallaşdırılması;
  • Batch və streaming məlumat axınlarının idarə olunması və performansının artırılması;
  • Kafka, Debezium, NiFi, Apache Spark, Airflow, PostgreSQL və MinIO kimi texnologiyalar əsasında məlumat infrastrukturunun qurulması və dəstəklənməsi;
  • Məlumat keyfiyyətinin təmin edilməsi üçün data validation, integrity checks və monitorinq mexanizmlərinin tətbiqi;
  • Data warehouse və data lake arxitekturalarının qurulmasında iştirak;
  • Məlumat pipeline-larında yaranan problemlərin aşkar olunması və aradan qaldırılması (troubleshooting, debugging);
  • SQL və Python vasitəsilə məlumatların təmizlənməsi, transformasiyası və analiz edilməsi;
  • Data orchestration workflow-larının qurulması və idarə olunması (Airflow, Prefect və ya Dagster);
  • Müxtəlif sistemlər arasında data inteqrasiyası və data miqrasiya proseslərinin həyata keçirilməsi;
  • Məlumat infrastrukturu və pipeline-ların monitorinqi və optimallaşdırılması.

Tələblər

  • İnformasiya texnologiyaları, kompüter elmləri, tətbiqi riyaziyyat və ya digər müvafiq sahələr üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • ETL/ELT pipeline-larının hazırlanması və optimallaşdırılması üzrə praktiki təcrübə;
  • Böyükhəcmli məlumatlarla işləmək üçün SQL üzrə yüksəksəviyyəli bilik və sorğuların (query) optimallaşdırılması bacarıqları;
  • Python proqramlaşdırma dilində təcrübə (data processing, API inteqrasiyası və ETL hazırlanması);
  • Streaming və data processing texnologiyaları ilə iş təcrübəsi: Apache Kafka, Apache Spark, Apache NiFi, Apache Airflow;
  • Relyasiyalı (relational) və ya analitik verilənlər bazaları ilə iş təcrübəsi (PostgreSQL və s.);
  • Git (GitLab) ilə versiya idarəetməsi və CI/CD prosesləri barədə biliklər.
  • Data lake və ya lakehouse arxitekturası ilə iş təcrübəsi (üstünlükdür);
  • Partitioning strategiyaları və metadata idarəçiliyi üzrə biliklər (üstünlükdür);
  • Paylanmış sistemlər və böyükhəcmli məlumat infrastrukturlarının idarə olunması təcrübəsi (üstünlükdür).

Vakansiya haqqında

Son tarix

January 10, 2027

Paylaşılıb

noyabr 20, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik