Nəqliyyat izləmə sistemlərindən toplanan gündəlik məlumatları analiz edərək sərnişin axınını təhlil etmək, marşrut performansını qiymətləndirmək, avtobusların doluluq səviyyəsini yoxlamaq, sərnişinlərdən daxil olan şikayətləri cavablandırmaq və avtobusların gecikmə (interval) hesabatlarını hazırlamaq;
Mövcud ictimai nəqliyyat şəbəkəsinin optimallaşdırılması üçün analitik həllər təklif etmək;
Əldə olunan datalar əsasında marşrutların effektivlik göstəricilərini yoxlamaq və sərnişindaşımada keyfiyətin artırılması istiqamətində həllər təklif etmək;
KPI-ları, əməliyyat göstəricilərini və tendensiyaları təhlil edərək hesabatlar hazırlamaq.
Tələblər
Kompüter elmləri, İnformasiya texnologiyaları, Nəqliyyat, Logistika, Statistika və ya müvafiq sahədə bakalavr dərəcəsi;
Analitika sahəsində ən azı 2 il iş təcrübəsi (nəqliyyat sektorunda təcrübəyə üstünlük verilir);
GPS sistemlərindən əldə olunan məkan və zaman məlumatlarının emalı və təhlili;
Nəzarət və idarəetmə mərkəzlərində məlumat axınının monitorinqi və böyük həcmli məlumatların analitikası;
Power BI və ya Tableau vasitəsilə interaktiv dashboard və analitik hesabatların hazırlanması;
Python proqramlaşdırma dilində məlumatların təmizlənməsi və transformasiyası;
SQL ilə məlumat bazalarından məlumatların əldə edilməsi və emalı;
“Yol hərəkəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunları üzrə biliklər (arzuolunandır);
Məlumatların keyfiyyətinin yoxlanılması və uyğunsuzluqların aşkarlanması;
KPI-ların, əməliyyat göstəricilərinin və tendensiyaların təhlili;
Analitik nəticələri hesabat və təqdimat formasında aydın ifadə etmək bacarığı;
Analitik düşüncə, problem həll etmə və operativ qərarvermə bacarığı.