“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq satınalmaların təşkil edilməsi;
Satınalma və təchizat zənciri strategiyasının müəyyənləşdirilməsi və icrasında iştirak edilməsi;
İllik satınalma planının hazırlanması və icrasının təşkil edilməsi;
Sifarişlər üzrə texniki parametrlər və standartların hazırlanması prosesinin təşkil edilməsi;
Təchizat sifarişlərinin idarə edilməsi (bütün prosesi);
Satınalma sənədlərinin hazırlanması və qiymətləndirilməsi, keçirilmiş satınalma müsabiqələrinin nəticələrinin rəsmiləşdirilməsi və s.
Müqavilə şərtlərinin müəyyən edilməsi, hazırlanması və nəzarətdə saxlanılması;
Mövcud normativ hüquqi aktların tələblərinə uyğun olaraq bağlanmış satınalma müqavilələrinin reyestrinin aparılması;
Keçirilmiş satınalmalar üzrə hesabatların hazırlanmasında iştirak edilməsi;
Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliklərinə aid digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
Ali təhsil;
AR İnzibati Xətalar Məcəlləsinin və AR Mülki Məcəlləsinin dövlət satınlamalarına aid maddələri mükkəmməl şəkildə bilməli;
Dövlət satınalmaları təlimi üzrə müvəfəqiyyət sertifikatı;
Rus və ingilis dillərini B2 səviyyəsində bilməli;
Müvafiq sahə üzrə min. 3 il iş təcrübəsi;
MS Office (Word, Excell, Power Point) proqramlarında işləməyi bilməli;
Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;