Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Ana səhifə
/
/
/
Sərnişin daşımaları üzrə aparıcı mütəxəssis (Naxçıvan regional idarəsi)

Sərnişin daşımaları üzrə aparıcı mütəxəssis (Naxçıvan regional idarəsi)

Bu gün

112

Təsvir

Əsas öhdəliklər:

-       Onlayn bilet satışı işinin təşkili və genişləndirilməsi tədbirlərini görmək;

-       Sifarişli sərnişin daşımalarına icazələrin verilməsi ilə bağlı müraciətlərə baxmaq və müvafiq hesabatlar hazırlamaq;

-       İctimai nəqliyyatın işinin və bu sahədə nəzarətin təşkilində iştirak etmək;

-       Sərnişin daşımaları üzrə hesabatlılığı təmin etmək və zəruri statistik məlumatların hazırlanmasında iştirak etmək;

-       İctimai nəqliyyatın işinin və bu sahədə nəzarətin təşkilində iştirak etmək;

-       İctimai nəqliyyatda innovativ həllər, yeni tarif yanaşmaları və modelləşdirmə üzrə təhlillər aparmaq, təkliflər vermək və icrasında iştirak etmək;

-       Avtobus parkının yenilənməsi üzrə daşıyıcılarla iş aparmaq və prosesin icrasına nəzarət etmək;

-       Təsdiq edilmiş gedişhaqqı tariflərinin tətbiqinə nəzarəti həyata keçirmək və tariflərin müəyyən edilməsində iştirak etmək;

-       Marşrut şəbəkəsinin optimallaşdırılması üzrə təhlillər aparmaq, təkliflər vermək və icrasını təmin etmək;

-     Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarında məsafə əsaslı nəqliyyat xidməti müqavilələrinin bağlanılmasına və icrasına nəzarəti həyata keçirmək;

-       Taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində hüquqi və ya fərdi sahibkarlara icazələrin verilməsi üçün təqdim olunan elektron ərizələri yoxlamaq və onları təsdiqləmək;

-       Taksi sifarişi operatorlarının fəaliyyətinə icazələrin verilməsi üçün təqdim olunan sənədləri yoxlamaq və təsdiqləmək;

-       Elektron sistem üzərindən taksi fəaliyyəti üzrə qanunvericiliyin tələblərinə nəzarəti həyata keçirmək və aidiyyati üzrə tədbirlər görmək;

-       Vətəndaş müraciətlərini araşdırmaq və aidiyyəti üzrə cavablandırmaq.


Tələblər

Tələblər:

-       Nəqliyyat sahəsi üzrə ali təhsil;

-       Müvafiq sahədə 2- 3 il iş təcrübəsi;

-       Azərbaycan dilini sərbəst səviyyədə bilmək;

-       MS Office proqramlarında sərbəst işləmə bacarığı;

-       İngilis və ya rus dillərindən birini yaxşı bilməsi üstünlükdür;

-       “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu;

-        Azərbaycan Respublikasının avtomobil nəqliyyatı sahəsi üzrə qanunvericiliyini və normativ aktları;

-   “Lisenziyalar və icazələr haqqında” qanunu və taksi fəaliyyəti sahəsini tənzimləyən müvafiq normativ sənədlər üzrə məlumatlı olmaq (müsabiqə, reysqabağı texniki və tibbi müayinə, sərnişin və yük daşınması qaydaları və s.);

-       Sərnişindaşıma üzrə normativ tələblər barədə biliklər;

-       Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi barədə biliklər;

-       İnandırıcı ünsiyyət qurmaq və arqumentləri əsaslandırmaq bacarığı;

-       Çətin situasiyalarda konstruktiv yanaşma;

-       Problem həll etmə və qərarvermədə çeviklik;

-       Stressə davamlılıq və emosional sabitlik;

-       Prioritetləşdirmə və detallara diqqət;

-       Analitik düşünmə və innovativlik

-       Komanda ilə işləmək bacarığı.

      İş yeri və müsahibənin təşkil ediləcəyi yer: Naxçıvan şəhəri.

Vakansiya haqqında

Son tarix

January 13, 2026

Paylaşılıb

dekabr 4, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat