Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Ana səhifə
/
/
/
Sərnişin daşımaları üzrə böyük mütəxəssis (Naxçıvan regional idarəsi)

Sərnişin daşımaları üzrə böyük mütəxəssis (Naxçıvan regional idarəsi)

Bu gün

138

Təsvir

Əsas öhdəliklər:

-       Onlayn bilet satışının və ictimai nəqliyyatın işinin təşkili üzrə fəaliyyətləri həyata keçirmək, daşımaların icrasına və gedişhaqqı tariflərinin tətbiqinə nəzarət etmək.

-       Sərnişindaşıma fəaliyyəti üzrə hesabatlılığı təmin etmək, marşrut şəbəkəsinin optimallaşdırılması və avtobus parkının yenilənməsi ilə bağlı təhlillər və təkliflər hazırlamaq.

-       Müsabiqə nəticəsində qalib elan olunmuş daşıyıcılar tərəfindən daşımaların marşrutlar (reyslər) üzrə təmin edilməsi ilə əlaqədar tədbirlər görülməsində və nəzarətin təmin edilməsində iştirak etmək;

-       Sifarişli sərnişin daşımalarına icazələrin verilməsi ilə bağlı müraciətləri və sənədləri yoxlamaq, müqavilələrin bağlanılması və icrasına nəzarət etmək.

-       İctimai nəqliyyatda innovativ həllər və yeni tarif modelləri üzrə təhlillər aparmaq, tətbiq imkanlarına dair təkliflər vermək və icrada iştirak etmək;

-       Taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində hüquqi və ya fərdi sahibkarlara icazələrin verilməsi üçün təqdim olunan elektron ərizələri yoxlamaq və onları təsdiqləmək;

-       Taksi sifarişi operatorlarının fəaliyyətinə icazələrin verilməsi üçün təqdim olunan sənədləri yoxlamaq və təsdiqləmək;

-       Elektron sistem üzərindən Taksi fəaliyyəti üzrə qanunvericiliyin tələblərinə nəzarəti həyata keçirmək və aidiyyəti üzrə tədbirlər görmək.

Tələblər

Tələblər:

-       Nəqliyyat sahəsi üzrə ali təhsil;

-       Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;

-       Azərbaycan dilini sərbəst səviyyədə bilmək;

-       MS Office proqramlarında sərbəst işləmə bacarığı;

-       İngilis və ya rus dillərindən birini sərbəst bilməsi üstünlükdür;

-       “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu;

-        Azərbaycan Respublikasının avtomobil nəqliyyatı sahəsi üzrə qanunvericiliyini və normativ aktları;

-       “Lisenziyalar və icazələr haqqında” qanunu və taksi fəaliyyəti sahəsini tənzimləyən müvafiq normativ sənədlər üzrə məlumatlı olmaq (müsabiqə, reysqabağı texniki və tibbi müayinə, sərnişin və yük daşınması qaydaları və s.);

-       Sərnişindaşıma üzrə normativ tələblər barədə biliklər;

-       Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi barədə biliklər;

-       İnandırıcı ünsiyyət qurmaq və arqumentləri əsaslandırmaq bacarığı;

-       Çətin situasiyalarda konstruktiv yanaşma;

-       Problem həll etmə və qərarvermədə çeviklik;

-       Stressə davamlılıq və emosional sabitlik;

-       Prioritetləşdirmə və detallara diqqət;

-       Analitik düşünmə və innovativlik

-       Komanda ilə işləmək bacarığı.

      İş yeri və müsahibənin təşkil ediləcəyi yer: Naxçıvan şəhəri.

Vakansiya haqqında

Son tarix

January 13, 2026

Paylaşılıb

dekabr 4, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat