Taxoqraf kartlarının verilməsi prosesində fəal iştirak etmək;
Sürücülər, daşıyıcılar, emalatxanalar və nəzarəti həyata keçirən orqanın əməkdaşları tərəfindən daxil olan müraciətlərə müvafiq qaydada baxmaq və onları yoxlamaq;
Taxoqraf kartlarının uçotuna dair vahid avtomatlaşdırılmış sistemdə (TACHONET) ərizəçinin adına əvvəllər rəsmiləşdirilmiş kartın olub-olmamasını yoxlamaq;
İstehsalçının elektron portalında (PWPW BUF) taxoqraf kartlarının verilməsi üçün onlayn sifarişlər yerləşdirmək;
Ölkəyə gətirilən taxoqraf kartlarının gömrük rəsmiləşdirilməsini və KOBİA-ya təhvil verilməsini həyata keçirmək;
Agentliyə ünvanlanmış və ya aidiyyəti üzrə daxil olmuş müraciətlərə və sorğulara “Vətəndaşların müraciətləri haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq müəyyən olunmuş qaydada və müddətdə baxmaq, əsaslandırılmış cavablar hazırlamaq.
Tələblər
Təhsil: Ali təhsil (Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi, Logistika və ya müvafiq sahələr üzrə ali təhsili olan namizədlərə üstünlük verilir);
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il (Nəqliyyatın idarə olunması, beynəlxalq yük/sərnişin daşımaları, logistika, taxoqraf/icazə sistemlərinin tənzimlənməsi, gömrük rəsmiləşdirilməsi sahələrində təcrübəsi olan namizədlərə üstünlük verilir).
“Nəqliyyat haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Yol hərəkəti haqqında”, “Lisenziyalar və İcazələr haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunları üzrə biliklər;
“Beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası” üzrə biliklər;
Dil bilikləri:
Azərbaycan dili — Sərbəst;
İngilis dili — Yüksək;
Rus dili — Orta;
Microsoft Office (Word, Excel) proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
Rəsmi yazışma üslubuna və kərgüzarlıq qaydalarına bələdlik;
Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı.