Təsvir

  • Kiçik həcmli materialları ingilis və rus dillərindən Azərbaycan dilinə və əksinə mənanı, üslubu və məzmunu qorumaqla tərcümə etmək.
  • Tərcümə olunmuş sənədləri korrektə edərək orfoqrafik, qrammatik, üslub və məna səhvlərini düzəltmək.
  • Tərcümə olunmuş sənədlərin uyğunluğunu təmin etmək və vahid üslubu qoruyub saxlamaq üçün. terminoloji baza yaratmaq və aktiv şəkildə istifadə etmək.
  • Agentliyin həyata keçirdiyi müxtəlif layihələrdə şifahi tərcümə dəstəyi göstərmək.
  • Verilən tapşırıqların operativ şəkildə yerinə yetirilməsini təmin etmək.

Tələblər

  • Tərcümə, filologiya, dilçilik və ya əlaqəli sahə üzrə minimum bakalavr dərəcəsi.
  • Yüksək səviyyədə yazılı və şifahi Azərbaycan, İngilis və Rus dili bilikləri.
  • Yazılı və şifahi tərcümə, eləcə də sənədlərin korrekturası bacarığı.
  • Qrammatika, üslub və dil qaydalarına diqqət yetirmək.
  • Yazılı və şifahi tərcümə və sənədlərin korrekturası üzrə iş təcrübəsi arzuolunandır.
  • Müxtəlif layihələr üzrə işləmək və gərgin iş mühitində görülən işin keyfiyyətini qorumaq.
  • Kollektivdə işləmək və ünsiyyət qurmaq.
  • Stressə davamlılıq.
  • Analitik bacarıqlar və kritik (tənqidi) düşünmə qabiliyyəti.
  • Microsoft Office proqramlarından effektiv istifadə etmək.

Vakansiya haqqında

Son tarix

April 29, 2025

Paylaşılıb

mart 18, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Təhsil

Bakalavr

Kateqoriya

Digər