Agentliyə daxil olan müraciət və sorğuların qanunvericiliyə uyğun (vətəndaşların müraciətləri və informasiya əldə etmək haqqında qanunlar) vaxtında cavablandırılmasını təmin etmək və təkliflər hazırlamaq;
Sənədlərin qovluqlarda düzgün saxlanılmasını, daxil olan və yola salınan korrespondensiyanın uçotunu aparmaq;
Cari arxiv sənədlərinin sistemləşdirilməsi, mühafizəsi, arxiv sənədləri əsasında arayışların tərtibi və hesabatlılığın aparılması;
İş nomenklaturasının hazırlanmasında iştirak etmək, müddəti keçmiş materialların silinməsi və məhv edilməsi üçün müvafiq aktların hazırlanması;
Şöbə və sektor əməkdaşlarına cari iş prosesində köməklik göstərmək və struktur rəhbərinin tapşırıqlarını vaxtında icra etmək;
İşgüzar ünsiyyət, peşə etikası və konfidensiallıq qaydalarına ciddi riayət etmək.
Tələblər
Ali təhsil;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
MS Office (Word, Excel) və internet resursları ilə sərbəst işləmək bacarığı;
Kargüzarlığın vahid dövlət sistemi və onun əsasları;
Təşkilati-göstəriş sənədlərinin vahid sistem standartları;
Kargüzarlığın aparılmasına dair əsasnamə və təlimatlar;
Əməyin mühafizəsi normaları və daxili nizam-intizam qaydaları.