Mövcud yol şəbəkələri nəzərə alınmaqla yeni yol nişanlarının layihələndirilməsi və yerləşdirilməsi üzrə təkliflərin hazırlanması;
Yol hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə müasir və effektiv həll yollarının təklif edilməsi;
Layihələrin icrasını dəstəkləmək üçün bütün zəruri texniki sənədlərin hazırlanması;
Respublikanın müxtəlif regionlarında mövcud yol şəbəkələrinin təhlilinin aparılması və yeni yol nişanlarının yerləşdirilməsi üzrə təkliflərin hazırlanması;
Layihələrin həyata keçirilməsi zamanı keyfiyyət tələblərinə və beynəlxalq standartlara riayət olunmasına nəzarətin həyata keçirilməsi;
Regionlar üzrə yol nişanlarının yerləşdirilməsi prosesində aidiyyəti dövlət qurumları, yerli idarələr və digər müvafiq tərəfdaşlarla sıx əməkdaşlığın təmin edilməsi;
Mövcud yol nişanlarının texniki vəziyyətinin qiymətləndirilməsinin aparılmasıı
Yeni texnologiyaların və beynəlxalq təcrübənin araşdırılması, müasir yol nişanları ilə bağlı təkliflərin hazırlanması;
Layihələrin yekun nəticələrinin təhlil edilməsi və icra ilə bağlı hesabatların hazırlanması;
Fəaliyyət funksiyası üzrə daxil olan müraciətlərin araşdırılması, təhlil edilməsi və əsaslandırılmış cavabların hazırlanması.
Tələblər
Nəqliyyat sahəsi üzrə ali təhsil;
Yol nişanlarının layihələndirilməsi və texniki sənədlərin hazırlanması sahəsində minimum 1 il iş təcrübəsi;
MS Office, AutoCAD, Google Earth Pro və digər layihələndirmə proqramlarında peşəkar səviyyədə işləmək bacarığı;
Azərbaycan Respublikasının yol hərəkətinə dair qanunvericiliyi, müvafiq beynəlxalq konvensiyalar, DÜİST standartları və müasir yol hərəkətinin təşkili həlləri üzrə geniş biliklər;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; ingilis və ya rus dili bilikləri üstünlükdür;
Komanda şəraitində effektiv işləmək, aidiyyəti dövlət və özəl qurumlarla peşəkar ünsiyyət qurmaq və təqdimatlar hazırlamaq bacarığı;
Detallara yüksək diqqət, layihə və texniki sənədlərin dəqiq və keyfiyyətli hazırlanmasını təmin etmək bacarığı;
Məsuliyyətli və cavabdeh yanaşma, tapşırıqları və layihələri nəticəyönümlü şəkildə icra etmək bacarığı.
Əlavə qeyd: Sürücülük vəsiqəsinin olması vacibdir.