Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Ana səhifə
/
/
/
Yol nişanlarının layihələndirilməsi üzrə mütəxəssis

Yol nişanlarının layihələndirilməsi üzrə mütəxəssis

09-01-2025

549

Təsvir


  • Mövcud yol şəbəkələrini nəzərə alaraq yeni yol nişanlarının layihələndirilməsi və yerləşdirilməsi üzrə təkliflərin hazırlanması.
  • Yol hərəkətinin təhlükəsizliyini artırmaq məqsədilə müasir və effektiv həll yollarının təklif edilməsi.
  • Layihələrin icrasını dəstəkləmək üçün bütün texniki sənədlərin hazırlanması.
  • Respublikanın müxtəlif regionlarındakı mövcud yol şəbəkələrinin təhlilini aparmaq və yeni yol nişanlarının yerləşdirilməsi üzrə təkliflər vermək.
  • Layihələrin həyata keçirilməsi zamanı keyfiyyət və beynəlxalq standartlara riayət olunmasına nəzarət etmək.
  • Regionlar üzrə yol nişanlarının yerləşdirilməsi prosesində aidiyyəti dövlət qurumları, yerli idarələr və digər müvafiq tərəfdaşlarla sıx əməkdaşlıq etmək.
  • Yeni texnologiyaların və beynəlxalq təcrübələrin araşdırılması və müasir yol nişanları ilə bağlı təkliflərin hazırlanması.
  • Layihələrin yekun nəticələrinin təhlil edilməsi və icra ilə bağlı hesabatların hazırlanması.


Tələblər

  • Ali təhsil: Nəqliyyat sahəsində ali təhsil.
  • İş təcrübəsi: Yol nişanlarının layihələndirilməsi və texniki sənədlərin hazırlanması sahəsində minimum 1-2 il iş təcrübəsi.
  • Proqram bilikləri: MS Office, AutoCAD, Google Earth Pro və digər layihələndirmə proqramlarında peşəkar səviyyədə işləmə bacarığı.
  • Biliklər: Yol hərəkəti qaydaları, müvafiq normativ aktlar və müasir yol hərəkəti həlləri barədə geniş biliklər.
  • Dil bilikləri: Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti; İngilis və ya rus dili bilikləri üstünlükdür.
  • Komanda ilə işləmək bacarığı: Komanda ilə işləmək, aidiyyəti qurumlarla əlaqə saxlamaq və təqdimatlar hazırlamaq bacarığı.
  • Dəqiqlik: Detallara diqqətli olmaq və layihə sənədlərinin yüksək dəqiqliklə hazırlanmasını təmin etmək bacarığı.
  • Sürücülük vəsiqəsi (arzuolunandır).
  • Əlavə qeyd: namizədlər AYNA-nın Bakı və regional idarələr üçün nəzərdən keçiriləcəklər.

Vakansiya haqqında

Son tarix

fevral 18, 2025

Paylaşılıb

yanvar 9, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Digər