A
Ana səhifə
/
/
/
Təchizat üzrə Aparıcı Mütəxəssis

Təchizat üzrə Aparıcı Mütəxəssis

Bu gün

105

Təsvir

Vəzifə öhdəlikləri:

·      Yerli və xarici bazarlarda İT avadanlıqları və video-müşahidə cihazları üzrə qiymət araşdırmalarının aparılması və alış prosesinin həyata keçirilməsi

·      Tədarükçülərlə danışıqlar aparmaq, ən sərfəli qiymət və şərtləri razılaşdırmaq

·      İT bazarında qiymət dəyişikliklərinin və yeniliklərin mütəmadi monitorinqi

·      Topdan satış və ixtisaslaşmış satış məntəqələri ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı

·      Materialların alınması üçün kotirovka və tender proseslərinin təşkili və icrası

·      Sifariş olunan materialların operativ və vaxtında çatdırılmasına nəzarət

·      Görülmüş işlərin ERP sistemində qeydiyyata alınması və izlənməsi

·      Rəhbərliyin tələblərinə uyğun analitik hesabatların hazırlanması


Tələblər

Namizədə tələblər:

·       Ali təhsil (İqtisadiyyat, İnzibati idarəetmə, Biznesin idarəedilməsi və s. sahələr üzrə)

·       Azərbaycan dili sərbəst, ingilis və ya rus dillərini yüksək səviyyədə bilmək

·       Təchizat və satınalma sahəsində 3–5 il iş təcrübəsi

·       MS Office proqramlarında (xüsusilə Excel və Word) işləmək bacarığı

·       Yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rəsmi yazışmalar və təqdimatlar hazırlamaq təcrübəsi

·       Təchizat sənəd dövriyyəsinin təşkili və aparılması bacarığı

·       Satınalma müqavilələrinin tərtibatı üzrə biliklər

·       CIPS, CIPP və ya digər beynəlxalq satınalma sertifikatlarına malik olmaq üstünlükdür



Biz təklif edirik:

·       Peşəkar inkişaf və karyera artımı üçün imkanlar

·       Rəqabətədavamlı əməkhaqqı

·       Rahat və dinamik iş mühiti

·       Müasir idarəetmə prinsipləri ilə çalışan komanda

İş şəraiti:

AR Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə:

İş qrafiki: Həftə içi 5 gün saat 09:00-18:00

Nahar: 13:00-14:00

İstirahət günləri: şənbə, bazar

Ünvan: Çinar Park Biznes Mərkəzi. 4-cü bina

Vakansiya haqqında

Son tarix

December 10, 2025

Paylaşılıb

oktyabr 31, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə