"Azərbaycan Hava Yolları" QSC

Aparıcı hüquq məsləhətçisi

04-03-2025

1K

Təsvir

  • Müqavilələrin hüquqi ekspertizasının aparılması;
  • Daxili struktur bölmələrə hüquqi rəylərin verilməsi;
  • Daxili korporativ sənədlərin hazırlanması və ya digər struktur bölmələrdən təqdim edilmiş sənədlərin hüquqi ekspertizası;
  • Normativ hüquqi akt layihələrinin hazırlanması və ya bu cür layihələrə dair rəyin verilməsi;
  • Hüquq şöbəsinin icraatında olan dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərin cavablandırılması;
  • Hüquqi araşdırmaların aparılması və müvafiq arayış və rəylərin tərtib edilməsi.

Tələblər

  • Təhsil səviyyəsi: Ali ( Hüquq sahəsində);
  • Hüquq sahəsində minimum 4 il iş təcrübəsi;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Microsoft Office proqramları (MS Word, PowerPoint, – əla səviyyədə);
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (arzuolandır).



İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)


İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı



Vakansiya haqqında

Son tarix

March 18, 2025

Paylaşılıb

mart 4, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Hüquq