"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Aparıcı IT Biznes Analitik / Müştəri Təcrübəsinin İdarəolunması İdarəsi

Aparıcı IT Biznes Analitik / Müştəri Təcrübəsinin İdarəolunması İdarəsi

Bu gün

18

Təsvir

  • Omnichannel layihəsi üzrə biznes ehtiyacları ilə texniki həllər arasında əsas əlaqələndirici rolunu icra etmək;
  • Müxtəlif kanalları əhatə edən mövcud biznes proseslərini və müştəri təcrübəsini dərin təhlil etmək, problemləri və sistem boşluqlarını müəyyənləşdirmək;
  • Biznes tərəfləri ilə birbaşa işləyərək tələbləri formalaşdırmaq, dəqiqləşdirmək və prioritetləşdirmək;
  • Kompleks biznes ehtiyaclarını aydın, strukturlaşdırılmış və icra oluna bilən funksional tələblərə çevirmək;
  • Omnichannel platformalar üzrə sistemlərin necə işləməli olduğunu ümumi məntiq səviyyəsində təsvir etmək;
  • Müxtəlif sistemlər arasında məlumat axınlarını, inteqrasiya məntiqini və asılılıqları izah etmək;
  • Layihə boyunca tələblərin düzgün başa düşülməsini və texniki icra zamanı düzgün tətbiq olunmasını təmin etmək;
  • Tələblərdə yaranan dəyişikliklərin təsirini qiymətləndirmək və düzgün şəkildə idarə olunmasına
  • dəstək vermək;
  • Texniki və qeyri-texniki tərəflər arasında kommunikasiyanı təmin etmək, qərarların verilməsinə
  • analitik dəstək göstərmək;
  • Yeni funksiyaların biznes məqsədlərinə uyğunluğunu yoxlamaq və qəbul prosesində aktiv iştirak etmək;
  • Test mərhələsində biznes baxımından yoxlamalara rəhbərlik etmək, uyğunsuzluqları müəyyənləşdirmək;
  • Layihə üzrə əsas riskləri, boşluqları və məhdudiyyətləri əvvəlcədən müəyyən edərək idarə olunmasına töhfə vermək;
  • Funksional sənədlər, proses təsvirləri və izah materiallarını hazırlanmasını təmin etmək;
  • Layihə üzrə rəhbərlik və əsas maraqlı tərəflər üçün analitik hesabatlar və təqdimatlar hazırlamaq;
  • Omnichannel layihəsinin daha səmərəli və dayanıqlı qurulması üçün proses təkmilləşdirmələri təklif etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Ali
  • İT biznes analitik vəzifəsində minimum 3 il iş təcrübəsi;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Təqdimat bacarıqlar
  • Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək).


Texniki bacarıqlar :



Müştəri və Omnichannel platformaları :

  • CRM sistemləri (Salesforce, Microsoft Dynamics, SAP CRM və ya oxşar)
  • CDP və müştəri məlumat platformaları (Tealium, Adobe, Segment və ya oxşar)
  • Çağrı mərkəzi və müştəri xidmətləri sistemləri (Genesys, Avaya, Zendesk və ya oxşar)


Analitika və hesabat alətləri:

  • Microsoft Excel (advanced səviyyədə)
  • Power BI, Tableau və ya oxşar analitika və dashboard alətləri
  • Google Analytics və ya oxşar istifadəçi davranışı analiz alətləri


Tələblərin idarə olunması və sənədləşmə:

  • Jira və ya oxşar tələblərin və task-ların idarə olunması sistemləri
  • Confluence və ya oxşar sənədləşmə platformaları
  • Proses və axın diaqramları üçün alətlər (Miro, Microsoft Visio, Draw.io)


Sistemlər və inteqrasiya anlayışı:

  • API və sistemlərarası inteqrasiya məntiqi (REST, məlumat axınları – kod yazmadan)
  • Web və mobil tətbiqlərin iş prinsipləri:
  • İdentifikasiya və giriş sistemləri (SSO, istifadəçi profilləri, əsas təhlükəsizlik məntiqi)


Test və keyfiyyətə nəzarət:

  • UAT proseslərinin təşkili və sənədləşdirilməsi
  • Test ssenarilərinin izlənməsi üçün alətlər (TestRail, Jira və ya oxşar)



İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)


İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı


Vakansiya haqqında

Son tarix

March 14, 2026

Paylaşılıb

mart 4, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər