"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
AZAL Oil İdarəsi / YSM baza laboratoriyası / Laboratoriyanın rəisi

AZAL Oil İdarəsi / YSM baza laboratoriyası / Laboratoriyanın rəisi

Bu gün

17

Təsvir

  • YSM və xüsusi mayelərin laboratoriya nəzarətinin qüvvədə olan normativ sənədlərə, dövlət və beynəlxalq standartlara uyğun aparılmasını təmin etmək;
  • Laboratoriya sınaqlarının düzgünlüyünə, ölçmə nəticələrinin etibarlılığına və onların sənədləşdirilməsinə nəzarət etmək;
  • Laboratoriya avadanlıqlarının və ölçü vasitələrinin texniki və metroloji vəziyyətini təmin etmək, dövri yoxlanışların vaxtında aparılmasını təşkil etmək;
  • Laboratoriya əməkdaşlarının işini təşkil etmək, iş bölgüsünü aparmaq və icra intizamına nəzarət etmək;
  • Kondisiyaya uyğun olmayan YSM və xüsusi mayelər aşkar edildikdə operativ tədbirlər görmək və rəhbərliyə rəsmi məlumat vermək;
  • Daxili və xarici auditlərdə və yoxlamalarda laboratoriyanın iştirakını təmin etmək, aşkar olunmuş uyğunsuzluqlar üzrə tədbirlərin icrasına nəzarət etmək;
  • Laboratoriya fəaliyyətinin təkmilləşdirilməsi, sınaq metodlarının və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üzrə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Laboratoriyanın akkredatsiyadan keçməsi üçün lazımi tədbirlərin görülməsi və laboratoriyanın fəaliyyətinin İSO 17025 standartlarının tələblərinə uyğun olmasını təmin etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Ali (Bakalavr/ Magistr);
  • Yanacaq-sürtkü materialları və laboratoriya fəaliyyətinin idarə edilməsi sahəsində minimum 3–5 il təcrübə;
  • Problemi həll etmə, analitik düşünmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
  • İdarəetmə bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Təqdimat bacarıqları;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (yüksək).

 

 

 

İş qrafiki:


  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)

 

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı


Vakansiya haqqında

Son tarix

May 14, 2026

Paylaşılıb

aprel 30, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər