"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
“AzalOil” idarəsi / YSM qəbulu və keyfiyyətinə nəzarət üzrə mühəndis

“AzalOil” idarəsi / YSM qəbulu və keyfiyyətinə nəzarət üzrə mühəndis

Bu gün

11

Təsvir

  • Müəyyən olunmuş sənədləri aparmaq və onların vaxtlı vaxtında doldurmasına nəzarət etmək;
  • Texniki tədrisin keçirilməsində iştirak etmək və iş yerlərində müxtəlif təlimatlar keçirmək;
  • Öz peşə biliklərini daim olaraq təkminləşdirmək, əmək - istehsalat intizamının möhkəmləndirilməsinə dair tədbirlər keçirmək, müəyyən edilmiş iş texnologiyasını yerinə yetirmək;
  • YSM obyektlərinin texnolji avadanlıqları və tikililərinə texniki xidmət və təmir üzrə qrafıklar tərtib etmək, onların tam həcmdə icrasını təşkil və ona nəzarət etmək, müəyyən olunmuş vaxtlarda avadanlıqların sınaqlarını və testlərini keçirmək;
  • Avadanlıq və mexanizmlərin təmiri üzrə işlərinin aktlarını, qurğu və avadanlığın istismara verilməsi üzrə buraxılışları tərtib etmək;
  • İş texnologiyası üzrə təlimatları işləyib hazırlamaq, onların icrasını təmin və nəzarət etmək;
  • Uçot və hesabat sənədlərini vaxtlı-vaxtında və düzgün doldurmaq və rəhbərliyə təqdim etmək;
  • YSM obyektlərində texnoloji prosesin bütövlüyünə dair araşdırma aparmaq, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər işləyib hazırlamaq və həyata keçirmək

Tələblər

  • Təhsil səviyyəsi: Ali;
  • Müvafiq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Təqdimat bacarıqları;
  • Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Microsoft Office proqramları (MS Word, PowerPoint, Excel – əla səviyyədə);
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (yüksək).

 

 

 

İş qrafiki:

  • 5 günlük


 

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı


Vakansiya haqqında

Son tarix

October 27, 2026

Paylaşılıb

oktyabr 21, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər