"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
AzalOil YSM İdarəsi/İstehsalat şöbəsi/YSM üzrə mühəndis

AzalOil YSM İdarəsi/İstehsalat şöbəsi/YSM üzrə mühəndis

Bu gün

192

Təsvir

  • YSM xidmətini nizama salan təşkilatı-idarə, texnikitəhlükəsizlik sənədləri, prosedur və təlimatları hazırlamaq;
  • YSM obyektlərinin texnoloji avadanlıqlarına və qurğularına texniki xidmət və təmir üzrə qrafiklər tərtib etmək, onların tam həcmdə icrasını təşkil və ona nəzarət etmək, müəyyən olunmuş vaxtlarda avadanlıqların sınaqlarını və testlərinin keçirilməsini təşkil etmək.
  • Müəyyən edilmiş müddətdə ölçü vasitələri və cihazların metroloji yoxlanışını təmin etmək;
  • Yanacaq-sürtkü materiallarına və xüsusi mayelərinkeyfiyyətinə aerodrom şəraitdə nəzarəti yerinə yetirmək. Süzgəclərdə təzyiq fərqinə nəzatət etmək, çöküntünü yoxlamaq və süzgəc elementlərinin vaxtlı-vaxtında dəyişilməsini təşkil etmək. Keyfiyyətə nəzarət sənədlərini düzgün rəsmiləşdirmək və aparmaq;
  • Təhlükəsizlik texnikasını, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;
  • Əməyin məhsuldarlığının, işin keyfiyyətinin yüksədilməsinə və maddi ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirləri planlı şəkildə həyata keçirmək. Əmək-istehsalat intizamının möhkəmləndirilməsinə dair tədbirlər keçirmək;
  • YSM obyektlərində mexanikləşdirmə və avtomatlaşdırma, yeni texnika və avadanlığın sınaqdan keçirilməsi və tətbiq edilməsi üzrə planlaşdırılmış işlərin keçirilməsini təmin etmək və iştirak etmək;
  • Yaradıcı qabiliyyətə malik olmaq, proseslərə məntiqi və analitik düşüncə ilə yanaşmaq.

Tələblər

  • Təhsil: Ali Təhsil;
  • Dil bilikləri: Azərbaycan dili – Ana dili; İngilis dili – yaxşı; Rus dili – yaxşı;
  • Kompyuter bilikləri: Word, Excel, Outlook, PowerPoint;
  • İş təcrübəsi: minimum 3 il;
  • Komandada işləmək bacarığı;
  • İşə planlı yanaşması;
  • Təqdimat bacarığı;
  • Qərar vermə bacarığı;
  • Öz üzərində daima çalışmaq.


  • İş rejimi:


5 günlük və ya növbəli.


  • İş yeri:


Heydər Əliyev Beynəlxalq Hava Limanı.

Vakansiya haqqında

Son tarix

November 2, 2025

Paylaşılıb

oktyabr 27, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Magistr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik