Xüsusi avtomobillərin və qarajda istifadə edilən qaraj avadanlığının quruluşunu, texniki istismarının tələb və normalarını bilmək;
Xüsusi avtomobillərin texniki vəziyyəti və xarici görünüşünə nəzarət etmək;
Havagəmisinə texniki xidmət göstərmək üçün texniki cəhətdən saz və rəngi Dövlət Standartlarının tələblərinə uyğun olan xüsusi avtomobillərin xəttə buraxılmasını təşkil və təmin etmək;
Xüsusi avtomaşınların gündəlik texniki xidmətini təşkil etmək, sürücü heyətini xəttə çıxan zaman təlimatlandırmaq, xəttə çıxan və xəttdən qayıdan zaman xüsusi avtomaşının baklarında YSM qalığını, spidometri və moto saat sayğaclarının göstəricilərini şəxsən yoxlamaq;
Xüsusi avtomaşınları xəttə buraxmazdan əvvəl “Xüsusi avtomaşınlar və onların avadanlıqlarının texniki sazlığının yoxlanılması Nümunəvi kartasına” müvafiq olaraq onların texniki vəziyyətini yoxlamaq və avtomaşınların nasazlığı haqqında yol vərəqəsi formulyarlarda müvafiq qeydlər etmək;
Xüsusi avtomaşınların istismarı və təmiri zamanı əməyin təhlükəsizliyi tələblərinə sürücü heyətin riayət etməsinə ciddi nəzarət etmək
Tələblər
Təhsil: İxtisas ilə bağlı Ali təhsil
iş təcrübəsi: Minimum 3 il
Dil bilikləri: Azərbaycan dili-əla; İngilis dili-yaxşı; Rus dili-arzuolunandır
Kompüter bilikləri: Word-yaxşı; Excel-orta; Outlook-orta