Beynəlxalq bazarlarda agent və GSA şəbəkəsinin idarə olunması – Mövcud agent və GSA tərəfdaşları ilə davamlı əlaqələrin qurulması, müqavilə şərtlərinə nəzarət, satış performansının qiymətləndirilməsi və yeni potensial tərəfdaşların müəyyən edilərək əməkdaşlığa cəlb olunması;
Satış planlarının icrası və aylıq/illik hədəflərin monitorinqi – Təyin olunmuş bazarlar üzrə satış hədəflərinin yerinə yetirilməsinə nəzarət, performans analizlərinin aparılması və nəticələrə əsasən düzəliş tədbirlərinin hazırlanması;
Kommersiya təkliflərinin hazırlanması və tərəfdaşlarla razılaşdırılması - Xüsusi tarif, incentive və digər kommersiya şərtlərinin hazırlanması, maliyyə və pricing bölməsi ilə koordinasiya və tərəfdaşlarla danışıqların aparılması;
Turizm şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi – Mövcud turizm şirkətləri ilə münasibətlərin inkişaf etdirilməsi, yeni müştərilərin cəlb edilməsi və uzunmüddətli əməkdaşlıq mexanizmlərinin qurulması;
Bazar təhlilləri və rəqib monitorinqi – Hədəf bazarlarda satış dinamikasının təhlili, rəqib şirkətlərin tarif və distribusiya strategiyalarının monitorinqi, bazar payının artırılması üçün təkliflərin hazırlanması;
Satış performansı üzrə hesabatların hazırlanması -Aylıq və rüblük satış nəticələrinin təhlili, əsas performans göstəriciləri (KPI) üzrə hesabatların hazırlanaraq rəhbərliyə təqdim olunması;
Pricing, Marketinq və digər daxili komandalarla koordinasiya – Satış fəaliyyətlərinin effektivliyinin artırılması məqsədilə müvafiq daxili bölmələrlə sıx əməkdaşlıq, kampaniyaların və kommersiya təşəbbüslərinin birgə icrası;
Distribusiya kanalları üzrə ümumi nəzarət və texniki komandalarla operativ əlaqə (NDC/GDS üzrə əsas koordinasiya) – Satış kanallarının düzgün işləməsinə nəzarət, texniki məsələlərin operativ həlli üçün müvafiq şöbələrlə koordinasiya və distribusiya effektivliyinin artırılmasına yönəlmiş təkliflərin hazırlanması.
Tələblər
Təhsil səviyyəsi: Ali (Bakalavr);
Beynəlxalq satış üzrə 3 il iş təcrübəsi;
Məlumatları aydın və anlaşıqlı şəkildə təqdimetmə və hesabat hazırlama bacarığı;
Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
Danışıqların aparılması bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;