Kampaniyaları və xüsusi təklifləri tam proses boyunca idarə etmək, kampaniya brifinin hazırlanmasından başlayaraq rəy toplanmasına qədər olan bütün mərhələlərdə rəhbərlik etmək;
Marketinq və CRM komandaları ilə əməkdaşlıq edərək konkret kampaniyalar üçün hədəf seqmentləri müəyyənləşdirmək və bütün kampaniya elementlərinin uyğunluğunu təmin etmək;
Rəqəmsal inkişaf və dizayn komandaları ilə birgə çalışaraq xüsusi vizuallar və açılış səhifələri yaratmaq, yaradıcı prosesi idarə etmək və kampaniya mesajını effektiv çatdırmaq;
Müəyyən edilmiş hədəf auditoriyası üçün müştəri kommunikasiyası ssenarilərini tam olaraq planlaşdırmaq, əsas qaydaları, təkanverici amilləri və əsas hadisələri detallı şəkildə izləmək;
Mesajlar, vizuallar və təkliflər kimi kampaniya elementlərinin optimallaşdırılması üçün A/B testləri həyata keçirmək və nəticələri təhlil edərək ən təsirli strategiyalar haqqında qərar vermək.
Tələblər
Təhsil: Bakalavr, Magistr (üstünlükdür);
Dil bilikləri: Azərbaycan dili – Əla, İngilis dili – əla, Rus dili –üstünlük;
Proqram bilikləri: Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – əla səviyyədə);
Təqdimat bacarığı;
Güclü ünsiyyət və danışıqların aparılması bacarığı;
Analitik düşünmə və problem həll etmə bacarığı;
Komanda ilə işləmə və adaptasiya bacarığı;
Zamanın idarə edilməsi, təşəbbüskarlıq və müstəqil işləmə qabiliyyəti.
İş şəraiti:
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;