"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Data Elmləri üzrə Mütəxəssis (Data Scientist)

Data Elmləri üzrə Mütəxəssis (Data Scientist)

Bu gün

446

Təsvir

  • Biznes problemlərinin həlli məqsədilə müxtəlif məlumat mənbələrindən məlumatların toplanması, təhlili və modelləşdirilməsini həyata keçirmək;
  • Məlumatlar üzərində statistik təhlil və Exploratory Data Analysis (EDA) aparmaq, əsas tendensiyaları, əlaqələri və qanunauyğunluqları müəyyən etmək;
  • Proqnozlaşdırıcı və təsnifat modelləri daxil olmaqla, Machine Learning modellərini hazırlamaq, öyrətmək və optimallaşdırmaq;
  • Modellərin qurulması üçün məlumatları hazırlamaq, təmizləmək, transformasiya etmək və yeni xüsusiyyətlər (Features) yaratmaq;
  • Müxtəlif modelləri və alqoritmləri qiymətləndirmək, uyğun metodologiyanı seçmək və modellərin dəqiqliyini müvafiq metrikalar əsasında ölçmək;
  • Hazırlanmış modellərin nəticələrini biznes məqsədləri və tələbləri baxımından təhlil etmək, nəticələri maraqlı tərəflərə aydın şəkildə təqdim etmək;
  • Model nəticələrini interpretasiya etmək, əsas nəticə və təsiredici faktorları müəyyənləşdirmək;
  • Data Science həllərinin Production mühitinə inteqrasiyası və tətbiqi prosesində Data Engineering, IT və biznes komandaları ilə əməkdaşlıq etmək;
  • Tətbiq edilmiş modellərin performansını və nəticələrini monitorinq etmək, modelin dəqiqliyində və məlumatlarda baş verən dəyişiklikləri müəyyənləşdirmək, zəruri hallarda modellərin yenilənməsində iştirak etmək;
  • Data Science layihələrinin nəticələrini, istifadə olunan metodologiyaları və modelləri sənədləşdirmək;
  • Yeni analitik metodları, Machine Learning alqoritmlərini və texnologiyalarını araşdırmaq, onların biznes ehtiyaclarına uyğun tətbiqində iştirak etmək.

Tələblər

  • Müvafiq sahə üzrə bakalavr təhsili;
  • Data Science, Data Analytics, Kompüter elmləri, Riyaziyyat, Statistika və ya əlaqəli sahələr üzrə minimum 2 il iş təcrübəsi;
  • Python proqramlaşdırma dili üzrə biliklər və məlumatların emalı üçün müvafiq kitabxanalarla işləmək bacarığı;
  • SQL üzrə biliklər;
  • Machine Learning alqoritmləri və onların tətbiqi üzrə biliklər;
  • Statistik analiz və məlumatların modelləşdirilməsi üzrə biliklər;
  • EDA, məlumatların təmizlənməsi və transformasiyası üzrə bilik və təcrübə;
  • Proqnozlaşdırıcı və təsnifat modellərinin hazırlanması, qiymətləndirilməsi və optimallaşdırılması bacarığı;
  • MS Office proqramları ilə işləmək bacarığı;
  • Azərbaycan dilini yüksək səviyyədə (C2), ingilis dilini isə ən azı orta səviyyədə (B1) bilmək;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Qərarvermə, ünsiyyət və təqdimat bacarıqları;
  • Komandada işləmək, öyrənməyə açıq olmaq və dəyişikliklərə uyğunlaşmaq bacarığı.


İş yeri:

  • Heydər Əliyev adına Beynəlxalq Hava Limanı.


İş şəraiti:

  • 5 günlük


Vakansiya haqqında

Son tarix

November 14, 2026

Paylaşılıb

noyabr 6, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik