"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Əlaqə Mərkəzi şöbəsi / Mütəxəssis

Əlaqə Mərkəzi şöbəsi / Mütəxəssis

Bu gün

15

Təsvir

  • Müştərilərdən daxil olan telefon zənglərini, elektron müraciətləri və digər kommunikasiya kanalları vasitəsilə müraciətləri qəbul etmək və operativ şəkildə cavablandırmaq;
  • Müştərilərə şirkətin məhsul və xidmətləri haqqında ətraflı və düzgün məlumat vermək;
  • Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək, uyğun məhsul və xidmətləri təqdim etmək və satış imkanlarını dəyərləndirmək;
  • Daxil olan müraciətləri müvafiq sistemdə qeydiyyata almaq, məlumatları düzgün və tam şəkildə daxil etmək;
  • Müştəri müraciətlərinin aidiyyəti struktur bölmələrə yönləndirilməsini və vaxtında icrasının izlənilməsini təmin etmək;
  • Müştərilər tərəfindən verilən sual, təklif, irad və şikayətləri qəbul etmək və şirkətin prosedurlarına uyğun şəkildə həllinə dəstək göstərmək;
  • Zəng və müraciətlər zamanı yüksək xidmət standartlarını qorumaq və müştəri məmnuniyyətinin təmin edilməsinə töhfə vermək;
  • Müştərilərlə aparılan danışıqların nəticələrini sistemdə əks etdirmək və tələb olunan hesabatların hazırlanmasında iştirak etmək;
  • Mövcud və potensial müştərilərlə peşəkar kommunikasiya qurmaq və uzunmüddətli əməkdaşlıq imkanlarını dəstəkləmək;
  • Müəyyən edilmiş satış və xidmət göstəricilərinin (KPI) yerinə yetirilməsində iştirak etmək;
  • Əlaqə Mərkəzinin daxili prosedur, qayda və standartlarına riayət etmək;
  • Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.


Tələblər

  • Ali təhsil (biznes, iqtisadiyyat, marketinq, menecment və ya müvafiq ixtisaslar üzrə olması üstünlükdür);
  • Müştəri xidməti, satış və ya Əlaqə Mərkəzi sahəsində iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan dilində səlis şifahi və yazılı nitq;
  • Rus və/və ya ingilis dili biliyi üstünlükdür;
  • Güclü kommunikasiya və aktiv dinləmə bacarığı;
  • Müştəriyönümlü yanaşma və yüksək xidmət mədəniyyəti;
  • Satış və inandırma bacarığı;
  • Stressli və intensiv iş şəraitində işləmək bacarığı;
  • Problemləri operativ təhlil etmək və həll yönümlü yanaşmaq bacarığı;
  • Komandada işləmək və əməkdaşlarla effektiv ünsiyyət qurmaq bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Word və Excel-də işləmək bacarığı;
  • CRM və ya müştəri müraciətlərinin idarə edilməsi sistemləri ilə işləmə təcrübəsi üstünlükdür;
  • Məsuliyyətlilik, operativlik, diqqətlilik və yüksək iş intizamı.


İş yeri:

  • Heydər Əliyev adına Beynəlxalq Hava Limanı.


İş rejimi:

  • Növbəli.

Vakansiya haqqında

Son tarix

August 15, 2026

Paylaşılıb

avqust 11, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər