"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
“Gəncə” Beynəlxalq Hava Limanı/Turniketdən istifadənin təşkili qrupu/Nəzarətçi

“Gəncə” Beynəlxalq Hava Limanı/Turniketdən istifadənin təşkili qrupu/Nəzarətçi

Bu gün

13

Təsvir

  • Hava limanında turniketlərdən istifadə prosesinə nəzarət etmək;
  • Sərnişinlərin və digər şəxslərin turniketlərdən müəyyən edilmiş qaydalara uyğun keçidini təmin etmək;
  • Turniketlərdən istifadə zamanı yaranan çətinlik və nasazlıqları müəyyən etmək və aidiyyəti əməkdaşlara məlumat vermək;
  • Keçid prosesində müəyyən edilmiş qayda və tələblərə riayət olunmasına nəzarət etmək;
  • Turniketlərdən istifadə ilə bağlı məlumatların və göstəricilərin düzgün qeydiyyatını və uçotunu təmin etmək;
  • Zəruri hallarda sərnişinlərə və digər istifadəçilərə turniketlərdən düzgün istifadə qaydaları barədə məlumat vermək;
  • Keçid zamanı yaranan məsələləri operativ şəkildə həll etmək və tələb olunduqda rəhbərliyə məlumat təqdim etmək;
  • Hava limanının digər aidiyyəti struktur bölmələri ilə səmərəli əməkdaşlıq etmək;
  • İş prosesində təhlükəsizlik, xidmət keyfiyyəti və daxili prosedur və qaydalara riayət olunmasını təmin etmək;
  • Növbə ərzində baş verən hadisələr və aşkar edilmiş problemlər barədə müvafiq məlumatları təqdim etmək;
  • Rəhbərliyin vəzifə funksiyalarına uyğun digər tapşırıqlarını yerinə yetirmək.


Tələblər

  • Minimum orta ixtisas təhsili;
  • İş təcrübəsinə dair xüsusi tələb müəyyən edilməmişdir;
  • Azərbaycan dilini əla, ingilis və rus dillərini bilmək üstünlükdür;
  • MS Word, MS Excel və MS Outlook proqramlarından istifadə bacarığı;
  • Yüksək ünsiyyət və insanlarla düzgün kommunikasiya qurmaq bacarığı;
  • Danışıqların aparılması və yaranan problemləri operativ həll etmək bacarığı;
  • İş prosesində müstəqil qərar qəbul etmək və məsuliyyətli yanaşma nümayiş etdirmək bacarığı;
  • Yeni məlumat və prosedurları tez mənimsəmək və tətbiq etmək bacarığı;
  • Dəyişikliklərə və dinamik iş mühitinə uyğunlaşmaq bacarığı;
  • Komandada işləmək və digər əməkdaşlarla effektiv əməkdaşlıq etmək bacarığı;
  • Təqdimat və məlumatı aydın şəkildə çatdırmaq bacarığı;
  • Diqqətli, intizamlı, məsuliyyətli və operativ olmaq;
  • Sərnişinlərlə və digər şəxslərlə ünsiyyətdə nəzakətli və xidmət yönümlü yanaşma nümayiş etdirmək.


İş rejimi: Növbəli

İş yeri: Gəncə Beynəlxalq Hava Limanı


Vakansiya haqqında

Son tarix

September 18, 2026

Paylaşılıb

sentyabr 11, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər