"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Hava gəmilərinə yerüstü xidmət üzrə supervayzer

Hava gəmilərinə yerüstü xidmət üzrə supervayzer

06-01-2026

1K

Bağlanılıb

Təsvir


  • AZAL Sərnişin Aviaşirkətinin reyslərində yerüstü xidmətlərin aviaşirkətin tələblərinə və daxili qaydalarına uyğun şəkildə təşkil olunmasına və icrasına nəzarət etmək;
  • Təyyarəyə xidmət göstərilməsi zamanı yaranan və operativ qərar tələb edən hallarla bağlı şöbə rəhbərini və ya idarə rəhbərini vaxtında məlumatlandırmaq, zəruri hallarda qərar qəbul etmək və icrasını təmin etmək;
  • Əməliyyat prosesində və uçuş müntəzəmliyinin pozulması hallarında gecikməyə səbəb olan faktorları müəyyən etmək, cavabdeh xidmətləri əlaqələndirmək və bu barədə rəhbərliyə məlumat təqdim etmək;
  • Perronda baş verən hallar barədə rəhbərliyi operativ şəkildə məlumatlandırmaq və aidiyyəti struktur bölmələrinin fəaliyyətini koordinasiya etmək.


Tələblər

  • Ali təhsil (bakalavr) və ya vəzifə üzrə müvafiq peşə təhsili;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilini yüksək, ingilis və rus dillərini orta səviyyədə bilmək;
  • MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramları üzrə işləmə bacarığı;
  • Yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Qərarvermə və problemi həll etmə bacarığı;
  • Dəyişikliklərə uyğunlaşma və öyrənmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı.


 İş qrafiki:

  • Növbəli

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı


Vakansiya haqqında

Paylaşılıb

yanvar 6, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər