Təhkim edilmiş aeroport ərazisində yerləşən inzibati, xidməti və yardımçı binaların, otaqların və ümumi istifadə sahələrinin təmizliyinə, sanitariya-gigiyena vəziyyətinə nəzarət etmək;
Təhkim edilmiş ərazidə mütəmadi baxışlar keçirmək, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görmək;
Bina və otaqların təsərrüfat təminatını təşkil etmək, əməkdaşlar üçün normal əmək şəraitinin yaradılmasına nəzarət etmək;
Təhkim edilmiş ərazidə yerləşən mebel, inventar və digər maddi-texniki vasitələrin qorunmasını və düzgün istifadəsini təmin etmək;
Təmizlik və təsərrüfat işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
Yanğın təhlükəsizliyi və daxili intizam qaydalarına riayət olunmasına öz səlahiyyətləri daxilində nəzarət etmək;
Müvafiq işlərin təşkili və aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti struktur bölmələrlə əməkdaşlıq etmək;
Təhkim edilmiş ərazidə görülmüş işlər və mövcud çatışmazlıqlar barədə birbaşa rəhbərinə mütəmadi məlumat vermək.
Tələblər
Təsərrüfat, inzibati idarəetmə və ya müvafiq sahələr üzrə iş təcrübəsi;
Təsərrüfat və texniki xidmət proseslərinin planlaşdırılması, təşkili və icrasına nəzarət bacarığı;
İşçilərin fəaliyyətinin koordinasiyası və iş bölgüsünün düzgün təşkili bacarığı;
Yaranan problemləri operativ müəyyənləşdirmək, təhlil etmək və müvafiq həll yolları tapmaq qabiliyyəti;
Təşəbbüskarlıq, çevik qərarvermə və yüksək məsuliyyətlilik.